CƏMİYYƏT
A- A A+

İrina Bokova: Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı gördüyü işlər dünya üçün örnəkdir

2017-05-06 10:45:15

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

Böyük İpək yolu üzərində yerləşən, qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər bütün dünya üçün örnəkdir.

Bu fikri UNESCO-nun baş direktoru İrina Bokova IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışında bildirib.

“Bildiyiniz kimi, Bakı UNESCO-nun mədəni irs siyahısında olan bir şəhərdir. Azərbaycanın maddi-mədəniyyət abidələri, xalçaları, Novruz bayramı UNESCO-nun irs siyahısında yer alıb. Məhz belə bir ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsindəki təcrübəsinə ehtiyacımız var”, - deyə İrina Bokova qeyd edib.

Baş direktor bildirib ki, bu gün bizim tolerantlığa, birgəyaşayışa, həmrəyliyə, anlaşmaya həmişəkindən daha çox ehtiyacımız var. Biz müxtəlifliyə, rəğbət və hörmətə, insani dəyərlərə xidmət edən innovasiyalara rəvac verməliyik. Prezident İlham Əliyevin də söylədiyi kimi, müxtəliflik bizim gündəlik həyatımızın reallığını əks etdirir. Bizim yeni proqramlarımız da məhz demokratiya prinsipləri əsasında hamının mənafeyinə xidmət etməlidir. Məhz bu məqsəd UNESCO-nun fəaliyyətinin əsas prinsipidir. Bu Forumun tərəfdaşlarını Bakıda bir araya gətirən də məhz bu zərurətdir. UNESCO BMT-nin əsas qurumlarından biridir. Bu gün bu Forumda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı, Dünya Turizm təşkilatlarının, eləcə də bir sıra qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri iştirak edirlər. Bu da həmrəyliyimizlə bağlı bir mesajdır.

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 417

QHT və MEDİA

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...