CƏMİYYƏT
A- A A+

Rusiyalı alimin Xocalı soyqırımı ilə bağlı hazırladığı petisiyaya qısa vaxtda 15 mindən çox imza toplanıb

2017-05-04 09:55:11

.

Rusiyalı tarixçi alim Oleq Kuznetsovun Xocalı soyqırımının tanıdılması üçün hazırladığı petisiyaya qısa vaxtda 15 mindən çox imza toplanıb. Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya reaksiyanın verilməsi üçün ümumilikdə 25 min imzanın toplanması zəruridir.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 3-də Bakıda təşkil edilən tədbirdə məlumat verilib.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı tərtib etdiyi petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı amansız cinayətin törədildiyi, bunun hazırda Ermənistan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən gerçəkləşdirildiyi vurğulanır. İnsanlığa qarşı törədilən Xocalı faciəsini bir sıra dünya dövlətləri soyqırımı aktı kimi tanıyıb. Petisiyada eyni addımın Rusiyanın Dövlət Duması tərəfindən atılmasının vacibliyi əsaslandırılır.

Azərbaycan gənclərini Xocalı faciəsinə hüquqi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərməyə, bununla əlaqədar müvafiq təbliğat işləri aparmağa və petisiyaya imza atmağa çağıran Oleq Kuznetsov az vaxtda petisiyaya minlərlə internet istifadəçisinin qoşulduğunu qeyd edib. O deyib ki, Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya reaksiya vermək üçün change.org saytına daxil olmaqla imza sayını daha da artırmaq mümkündür: “Xocalı soyqırımının tanıdılması istiqamətində geniş təbliğat işləri aparılır. İnzibati resurslardan istifadə edərək gənc nəslin diqqətini bu məsələyə cəlb etməliyik. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırışı edilir. Bu sənəd qətliamın soyqırımı kimi qəbul edilməsində, onu törədən cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsində mühüm əhəmiyyətə malikdir”.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov və digər çıxış edənlər Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətindən danışıblar. Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələr, ABŞ-ın bəzi ştatları Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün sənədlər qəbul ediblər. Xocalı soyqırımının müxtəlif ölkələrdə tanıdılması istiqamətində keçirilən petisiyalar da atılan addımlardandır. Belə ki, dünya liderlərinə, KİV-lərə, bütün vicdanlı insanlara ünvanlanan bu petisiyalarda faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, qətliamın insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırışı edilir.

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 374

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...