CƏMİYYƏT
A- A A+

Ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində

2017-05-03 10:30:01

.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Muzey Mərkəzində “İRS”. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində” adlı sərgi açılıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bugünkü sərgidə Dövlət Rəsm Qalereyasının fondunda olan, indiyədək sərgi salonlarında, qalereyalarda, muzeylərdə sərgilənməyən əsərlərin təqdim edildiyini vurğulayıb. Qeyd edib ki, ekspozisiyada ustad rəssamlar və heykəltəraşların əsərləri nümayiş olunur.

Ölkəmizdə genişmiqyaslı tədbirlərin keçirildiyini söyləyən Ə.Vəliyev deyib ki, sərginin təşkilində əsas məqsəd milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsindən, turistlərə mədəni xidmət göstərilməsindən, eyni zamanda, Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Avropa Qran-pri yarışının iştirakçılarının mədəni proqramının zənginləşdirilməsindən ibarətdir.

Nazir müavini, eyni zamanda, bu beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi müddətdə digər mədəniyyət ocaqlarında – teatrlarda, film, konsert və sərgi salonlarında mədəni proqramların təşkil ediləcəyini diqqətə çatdırıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov sərginin təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, sərginin təşkili sənətkarlarımızın unudulmadığının əyani sübutudur.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə 150 qrafika və 50 heykəltəraşlıq əsərləri nümayiş etdirilir.(Azərtac)

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 589

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...