MƏDƏNİ
A- A A+

Qarabağ xalçaları xaricə ixrac olunacaq

2017-05-01 09:20:23

Qarabağ xalçaları rəngarəngliyinə və müxtəlif naxış elementlərinə görə xalqımızın xalçaçılıq mədəniyyətində özünəməxsus yer tutur

 

“Azərxalça” ASC-nin ilk filialının Füzuli rayonunda yaradılması heç də təsadüfü deyil. Çünki Horadizdə fəaliyyət göstərən filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edir.
“Azərxalça” ASC-nin Füzuli filialının direktoru Namiq Məmmədov AZƏRTAC-a bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı ilin noyabrında istifadəyə verilən “Azərxalça” ASC-nin Füzuli filialında hazırda 70 toxucu, 10 inzibati-təsərrüfat işçisi fəaliyyət göstərir. Ümumi sahəsi 586 kvadratmetr olan bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 70 toxucu dəzgahlarda Qarabağın tarixi xalça çeşniləri əsasında xovlu xalçalar toxuyurlar. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib.
Xalça filialında işləyən toxucular həm Horadiz şəhərinin, həm də rayonun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar burada həm Qarabağ xalçaçılıq məktəbinin ənənələrini davam etdirir, həm də yaxşı əməkhaqqı almaqla ailələrinin sosial rifahını yaxşılaşdırırlar.
Namiq Məmmədov deyib ki, Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlax şəhərində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələr xalçaçıların da üzərinə vəzifələr qoyur. Dövlətimizin başçısı müşavirədə digər sahələrlə yanaşı, qədim sənətimiz olan xalçaçılığın da gözəl ixrac potensialının olduğunu vurğulayıb. Füzulili toxucular tərəfindən istehsal olunan xalçaların “Made in Azerbaijan” brendi altında xarici ölkələrə ixracı nəzərdə tutulur. Odur ki, xalça filialında istehsalın artırılması üçün əlavə 80 nəfər toxucunun işə qəbuluna başlanılıb. Hazırda rayonun müxtəlif kəndlərindən olan həmin xalça toxucuları üçün tədris kursları keçirilir.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 485

QHT və MEDİA

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

2019-01-18 16:05:33

QHT və MEDİA
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini dəstə...

CƏMİYYƏT

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

2019-01-17 13:20:07

CƏMİYYƏT
“Times of San Diego” qəzeti Cocuq Mərca...
“Times of San Diego” qəzeti Cocuq Mərca...

Müəllif Bakıda keçirilmiş 6-cı Beynəlxalq Humanitar Forumla bağlı təəssüratla...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...