SİYASƏT
A- A A+

ABŞ-da keçirilən konfransda Azərbaycanın strateji әhәmiyyәti vurğulanıb

2017-05-01 08:35:17

ABŞ-ın aparıcı biznes və sənaye mәrkәzlәrindәn biri olan Çikaqo şәhәrindә 2017-ci il üzrə “İpәk Yolu” beynəlxalq konfransı keçirilib

Ənənəvi olaraq hər il təşkil olunan bu konfransda İpək Yolu boyunca yerləşən ölkələrin, o cümlədən Çin, Azərbaycan, Türkiyə, həmçinin Mərkəzi Asiya və bəzi Şərqi Avropa ölkələrinin rəsmi və özəl strukturlarının çoxsaylı təmsilçiləri, eləcə də Çikaqoda və ətraf regionlarda fəaliyyət göstərən şirkətlərin və akademik institutların nümayəndələri iştirak ediblər.

Konfransın әsas mövzusu iştirakçıların Avropanı Çinlә birlәşdirәn İpәk Yolu üzәrindә yerlәşәn dövlətlərin investisiya, ticarәt, nәqliyyat vә tranzit potensialı ilә tanış edilməsindən ibarәt olub. Əvvəlki illərdə olduğu kimi, builki tədbirdə də ölkəmiz ABŞ-dakı sәfirliyimiz tərəfindən təmsil olunub. Konfransa səfirliyimizin nümayəndələri ilə yanaşı, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təmsilçiləri də qatılıb.

Tədbirdə çıxış edən səfirliyin əməkdaşı Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir tarixi və öz müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu inkişaf yolu barədə danışıb, bu yolun iqtisadiyyatın sürətli tərəqqisinə gətirib çıxarmasının səbəblərini izah edib, ölkəmizin təşəbbüsü və aparıcı rolu ilə həyata keçirilən irimiqyaslı layihələrin tarixi İpək Yolunun bərpası baxımından əhəmiyyətinə toxunub. Bu xüsusda, ölkəmizin İpək Yolu üzərində yerləşən ölkələrlə əlaqələrinin gücləndirilməsinə töhfəsi kimi enerji, nəqliyyat, informasiya və telekommunikasiya sahəsində, eləcə də mədəni səviyyədə təmasların artırılmasına yönəlmiş səyləri barədə danışılıb.

ABŞ-Azərbaycan Ticarət Palatasının təmsilçisi Azərbaycanda biznes və investisiya imkanları barədə danışıb və diqqəti qeyri-neft sektorunun inkişafı məqsədilə ölkəmizdə müxtəlif istiqamətlərdə aparılan uğurlu islahatlara yönəldib.

Eyni zamanda, konfrans çərçivəsində Azərbaycan barədə müxtəlif nəşrlərin nümayiş etdirildiyi məlumat guşəsi təşkil olunub, ölkəmizlə biznes və investisiya əlaqələrinin qurulmasında maraqlı olan şirkətlərlə bu istiqamətdə müzakirələr aparılıb və onlar müvafiq prosedurlar barədə məlumatlandırılıb.

Tәdbir Şimali İllinoys Universitetinin Biznes Kollecinin sponsorluğu ilә Mәrkәzi Asiya Mәhsuldarlığın Araşdırılması Mәrkәzi tәrәfindәn tәşkil edilib. Hәmçinin konfransın hәmsponsorları qismindә “Silk Way Airlines”, "SME Group" şirkəti, “Qlobal Biznes Mәslәhәti” jurnalı, Tianjin İqtisadi Texnoloji İnkişaf Sahәsi, Uaytsayd Bölgəsi üzrə İqtisadi İnkişaf Departamenti və "ABŞ-Qazaxıstan Biznes Assosiasiyası çıxış edib. (Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 421

QHT və MEDİA

2018-09-25 09:35:20

QHT və MEDİA
Milli Məclis Ermənistan parlamenti ilə ə...
Milli Məclis Ermənistan parlamenti ilə ə...

Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu görüşdə iştirak edən Mi...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-25 21:35:51

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və...

2018-09-25 10:35:01

CƏMİYYƏT
"Xaçaturov gizli erməni planlarında KTMT...
"Xaçaturov gizli erməni planlarında KTMT...

Bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...