CƏMİYYƏT
A- A A+

İzmirdə Xocalı abidəsi ucaldılacaq

2017-04-28 10:10:24

.

İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri  İsa Ambarcı və İdarə heyətinin üzvləri İzmir Bayraqlı Bələdiyyəsinin sədri Hasan Karabağla görüşüb. 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Türkiyə, o cümlədən dünya ictimaiyyətinə çatdırılması, soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. 

 Soyadının Qarabağla əlaqəli olduğunu vurğulayan Bayraqlı Bələdiyyəsinin sədri Hasan Karabağ rəhbərlik etdiyi bələdiyyə ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılması ilə bağlı təşəbbüslərin bəyənildiyini bildirib. O qeyd edib ki, bu təklif yaxın vaxtlarda Bayraqlı Bələdiyyə Məclisinə təqdim ediləcək və 2018-ci ildə Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə bağlı  tədbirlər planına salınacaq. 

 Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı  Hasan Karabağın bu təşəbbüsü yüksək qiymətləndirərək təşəkkürünü bildirib. İ.Ambarcı bunun iki qardaş xalqın daha da yaxınlaşmasına öz töhfəsini verəcəyini qeyd edib. 

 Sonda Bayraklı Bələdiyyəsinin sədrinə xatirə hədiyyələri təqdim edib. (qhtxeber.az)

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 838

QHT və MEDİA

2020-01-23 11:00:50

QHT və MEDİA
İtaliya qəzetində Azərbaycan səfirinin e...
İtaliya qəzetində Azərbaycan səfirinin e...

Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca D...

2020-01-21 18:55:30

QHT və MEDİA
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ m...
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ m...

Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini özünü...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-22 11:35:39

CƏMİYYƏT
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...

Fevralın 2-də İsrailin Təl-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbə...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...