SİYASƏT
A- A A+

İşğal edilmiş ərazilərdə beynəlxalq konfransın keçirilməsi Ermənistanın növbəti təxribatıdır

2017-04-28 08:25:35

.

Əldə etdiyimiz məlumata əsasən, 2017-ci il sentyabrın 13-15-də Ermənistan tərəfindən Yerevanda və Azərbaycanın işğal edilmiş ərazilərində “Tibbdə reabilitasiyanın müasir aspektləri” mövzusunda VIII beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Konfransa Rusiya, Çexiya, Tacikistan, Almaniya, Qazaxıstan, Özbəkistan və Gürcüstandan olan tibb üzrə mütəxəssislər dəvət olunublar. Azərbaycanın işğal olunmuş ərazilərində bu tədbiri təşkil etməklə Ermənistanın məqsədi tibbi reabilitasiyanın müasir aspektlərini müzakirə etmək deyil. Ermənistanın güddüyü əsl məqsəd siyasi təxribat xarakteri daşıyır. Ermənistan bu yolla yenə də qondarma rejimi təşviq etməyə və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib.
O deyib: “Bu, Ermənistan tərəfindən həyata keçirilməsi planlaşdırılan növbəti təxribatdır. Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi Yerevanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir.
Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri də öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq”.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 956

QHT və MEDİA

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...