CƏMİYYƏT
A- A A+

Avropa dəyərlərinə başlıca təhlükənin ünvanı: ikili standartlar

2017-04-27 08:30:51

.

Avropa Şurası Parlament Assambleyası yaz sessiyasının gündəliyinə təcili müzakirələr xətti ilə daxil edilmiş “Avropa dəyərləri təhlükə altında” mövzusunda məruzə son illərdə bütövlükdə Avropanı da, bir mühüm beynəlxalq təşkilat olan Avropa Şurasını da daim narahat edən problemlər kompleksinə həsr olunub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qoşularaq deyib: “Nə üçün Avropa, dünya artıq neçə illərdir ki, böyük və ardıcıl səylər bahasına formalaşdırdığı dəyərlərin böhranından danışmağa məcburdur? Niyə bizim burada – Avropa Şurasında son illərdə bu qəbil məruzələr ətrafında müzakirələr aparmağımız bir növ ənənəyə çevrilib? Nədən Avropa cəmiyyətini yüksək mədəniyyət və mənəviyyat daşıyıcısına çevirmiş məziyyətlər çat verib, niyə o dəyərlər daha əvvəlki kimi rəvan işləyə bilmir? Bundan qurtulmağın yolu nədir? Ümumiyyətlə, belə bir çıxış yolu varmı, ya böhran getdikcə daha da dərinləşəcək? Həll yolu əlbəttə ki, var və həm də bu, elə universal bir vasitədir ki, problemlərimizin əksər hissəsini aradan qaldırmaq gücündədir. Biz – Avropa Şurası, digər beynəlxalq təşkilatlar, dünya siyasətinin hərəkət xəttini, mənzərəsini müəyyənləşdirən böyük dövlətlər bircə mərəzdən xilas ola bilsə hər şey düzələcək. İslamofobiya yeni əsrimizin lap əvvəllərindən ən çox müzakirə və mübahisə doğuran məsələlərdəndir. Növbəti dəfə fobiamızı kənara qoyub İslama doğru getsək bu dinin yaradıcısı Məhəmməd peyğəmbərdən bizi narahat edən problemlərin çözülməsinə münasib açar ala bilərik”.

Rafael Hüseynov Avropa dəyərlərinin aşınmasına səbəb olan başlıca bəlanı da konkret olaraq nişan verib: “Bəs bizim qurtulmalı olduğumuz əsas xəstəliyimiz hansıdır ki, bütün bəlalarımız, o cümlədən ksenofobiya da, antisemitizm də, islamofobiya da ondan törəyir? O mərəzin adı ikili standartlardır. Bütün dərdlərimizin təməlində həmin virus dayanır. Bərabərliyin, ədalətin pozulması, riyakarlıq, yalan, bütün ayrı-seçkiliklər məhz buradan başlayır. Hamıya – hər xalqa, hər dövlətə böyüklüyündən, kiçikliyindən, dinindən, dilindən, əsil-kökündən asılı olmayaraq eyni obyektivliklə, eyni insaf müstəvisindən yanaşsaq, Avropanı mənəvi böhran həddinə çatdıran fəsadlar tədricən aradan qalxar. Mən hələ bir az yumşaldaraq “böhran” deyirəm, burada, Parlament Assambleyasında bizə müraciət edən Roma Papası isə narahatlığını daha kəskin ifadə ilə dilə gətirərək “iflas” deyib”.

Avropa Şurasında ayrı-ayrı ölkələrə münasibətdə fərqli yanaşmalar, bəzən eyni problemlə bağlı müxtəlif cür münasibətlər bəslənilməsinin olduğu müddətdə dəyərlər böhranının bitməyəcəyini söyləyən deputat Rafael Hüseynov təfərrüatlara da toxunub: “Avropanın rəmzi paytaxtlarından biri olan Strasburqda, insanlığa böyük fransız inqilabının dili ilə “azadlıq, bərabərlik, qardaşlıq” çağırışı ilə müraciət etmiş Fransada indi bu müzakirələri bir daha gündəliyə gətirməyimiz, ortaq həyəcanımızı ifadə etməyimiz çox rəmzi və məntiqlidir. Bu necə qardaşlıq, bərabərlik, sağlam Avropa düşüncə tərzi, kamil Avropa Şurası ola bilər ki, yanaşmalarımızda, qiymətləndirmələrimizdə, münasibətlərimizdə, təhlillərimizdə ölkəsindən asılı olaraq tərəzilərimiz fərqlidir, eynəklərimiz müxtəlifdir?! Ermənini bir tərəzi ilə ölçürük, rusu başqası ilə, Azərbaycana, Ukraynaya, Gürcüstana bir eynəklə baxırıq, Almaniyaya, Yunanıstana başqası ilə. Qaçqına, köçkünə bir həssaslıqla yanaşırıq, cinsi azlıqlara digər həssaslıqla. İkili standartlarla, fərqli ölçülərlə yanaşmaq naqisliyimizə əncam çəkə bilsək, mənəvi və siyasi səhhətimizə də nizam gələcək”.

Rafael Hüseynov dəyərlərin iflasından qurtarmaq üçün xilaskarı kənarda axtarmamağı, Avropa Şurasının bu bəladan qurtulmaq üçün özü-özünü müalicə etməsinin gərək olduğunu söyləyib: “Avropa Şurasının da, digər beynəlxalq təşkilatların da, bütünlükdə Avropa evinin də artıq ciddi metastaz verməyə başlayan xərçəngi ikili standartlardır və bu, elə xəstəlikdir ki, onu sağaltmağa kənardan həkim lazım deyil. Hamımıza səslənirəm: Özümüz özümüzü müalicə edək, ikili standartlardan əl çəkək, bu minvalla da bütün başqa mənfi xislətlərimizdən, yolumuzda uçurumlar yaradan mərəzlərdən azad olaq!”

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 239

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...