QHT və MEDİA
A- A A+

“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

2017-04-26 22:50:31

.

Rusiyada çıxan nüfuzlu “Nezavisimaya qazeta”nın 25 aprel tarixli nömrəsində Plexanov adına İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, siyasi elmlər namizədi Aleksandr Perenciyevin Dağlıq Qarabağ probleminin yaranması səbəbləri, bu münaqişənin alovlanmasının baiskarları barədə məqaləsi dərc edilib.

 “Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır” sərlövhəli məqaləni təqdim edir.

 SSRİ niyə süqut etdi? Bu geosiyasi kataklizmə təkan verən, onu şərtləndirən hansı mexanizmlər oldu? Konkret olaraq kimlər və hansı təşkilatlar nəhəng dövlətin dağılmasından yararlanmağa çalışırdılar? Bu suallar indiyədək milyonlarla insanı düşündürür və onlara cavab vermək bugünkü Rusiyanın çoxsaylı zərbələrə sinə gərə bilməsi üçün vacibdir.

 Roma, Bizans, Avstriya-Macarıstan imperiyalarından fərqli olaraq SSRİ hər hansı qlobal hərbi münaqişədə və ya müharibədə məğlub edilməmişdi. Yerlərdə milli zəmində baş verən məhdud toqquşmalar əlbəttə ki, nəhəng dövlətin süqutuna gətirib çıxara bilməzdi. Mövcud daxili səbəblər konkret insanların səyi nəticəsində qanlı münaqişələrə çevrildi. Etiraf etmək lazımdır ki, bu münaqişələr sovet hakimiyyət elitasının müəyyən hissəsi tərəfindən hər vəchlə qızışdırılır və dəstəklənirdi. Həmin dövrün dərsləri hər bir çoxmillətli ölkə, birinci növbədə isə müasir Rusiya üçün olduqca vacibdir.

 1987-ci il böyük dünya üçün əlamətdar il olmuşdur. SSRİ-də aşkarlıq siyasəti bəyan edilmiş, MK-nın plenumunda isə bütün səviyyələrdəki sovetlərə alternativ seçkilərin keçirilməsi haqqında qərar qəbul olunmuşdu. Bütün dünya sovet lideri Mixail Qorbaçovu alqışlayır, Sovet-Amerika münasibətləri sürətlə yaxşılaşır, azadlıq ab-havası duyulurdu.

 Bununla bərabər, SSRİ-nin öz kiçik dünyasında sovet hakimiyyətinin həll etdiyi düşünülən, əslində isə dərin köklərə malik olan millətlərarası münaqişələr özünü göstərirdi.

 Xalqların birliyinə ilk zərbə Azərbaycan SSR-in tərkibində olan, erməni əhalisinin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ Muxtar Vilayətində vuruldu. Britaniyalı jurnalist Tomas de Vaalın “Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə arasında” kitabına müqəddimədə haqlı olaraq qeyd edildiyi kimi, Qarabağ bütün sonrakı münaqişələr üçün tətik rolunu oynamış, “Qorbaçovun Sovet İttifaqını təlatümə salan ilk münaqişə” olmuşdur. Sonra gürcülərlə abxazlar, özbəklərlə qırğızlar arasında toqquşmalar, Özbəkistanda məhsəti türklərinin qırğınları başlamışdır. Məhz bu hadisələr sovet respublikalarının sonrakı “suverenliklər paradı”nı mümkün etmişdir.

 Ancaq kütləvi millətçi hərəkat Dağlıq Qarabağda başlamışdır. Orada nə baş vermişdir? Ermənilərlə azərbaycanlıların əsrlərdən bəri dinc yaşadığı qədim Qarabağ torpağında əmin-amanlıq 1987-ci ildə - Yerevanda müxtəlif pərakəndə ictimai-siyasi qrupların birləşməsindən yaranan “Qarabağ” komitəsinin fəaliyyətə başlamasından sonra pozuldu. Həmin komitə vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılmasını qarşısına məqsəd qoymuş və muxtariyyətin Ermənistan SSR-in tərkibinə verilməsi uğrunda çıxış edirdi.

 Dağlıq Qarabağda həyat səviyyəsi Azərbaycanın və Ermənistanın qonşu rayonlarından xeyli yüksək idi. Lakin millətçi fəallar cəlbedici şüarlar irəli sürməklə əslində insanları qırğına və yoxsulluğa düçar etdikləri haqqında heç də düşünmürdülər. Adətən olduğu kimi, pis yaşayanlar deyil, əksinə, yaxşı yaşayanlar daha çox etiraz edirlər. Sonda isə əllərində olanı da itirirlər. Qarabağda da belədir – indi muxtariyyətdə insanlar Azərbaycandan da, Ermənistandan da qat-qat kasıb yaşayırlar. (Azərtac)

     

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1102

QHT və MEDİA

2020-08-05 13:45:48

QHT və MEDİA
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdi...

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen")...

2020-08-05 09:35:48

QHT və MEDİA
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...
Elçin Əhmədov: Azərbaycan diasporunun əl...

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfində...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...