MÜSAHİBƏ
A- A A+

Aureliya Qriqoriu: Ermənilərin əsassız bəyanatları tarixi, hüquqi, faktiki baxımdan təsdiqlənmir

2017-04-25 08:40:38

Müsahibə

Bu gün biz ermənilərin dünyaya təqdim etməyə çalışdığı hadisələrin gerçək, yoxsa yalan olması məsələsini beynəlxalq səviyyədə müzakirə edirik. Mən bir hüquqşünas və beynəlxalq münasibətlər üzrə ekspert kimi vurğulamaq istəyirəm ki, 1914-1915-ci illərdə soyqırımı anlayışı mövcud olmayıb. Bu anlayış yalnız İkinci Dünya müharibəsindən sonra yaranıb. Ermənilərin soyqırımı barədə heç bir fakt yoxdur. Onların bəyan etdikləri qəbiristanlıqlar tapılmayıb. Əvvəlcə deyirdilər ki, həlak olanların sayı 600 min olub, sonra bu rəqəmi artırıb 4 milyona çatdırdılar. Ermənistanın təqdim etdiyi məlumatlar heç nə ilə təsdiqlənmir. Sadəcə əsassız olan bu bəyanatlar istər tarixi, istərsə hüquqi, istərsə də faktiki baxımdan təsdiqlənmir. Əksinə, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktları barədə təkzibedilməz faktlar var, şahid ifadələri, maddi sübutlar, sənədlər, ekspert rəyləri, jurnalistlərin şəhadətləri var.
Moldovanın keçmiş ombudsmanı Aureliya Qriqoriu bu fikirləri aprelin 24-də keçirilmiş “Erməni soyqırımı – real tarix, yoxsa tarixi yalan” mövzusunda konfrans çərçivəsində AZƏRTAC-a müsahibəsində söyləyib.
A.Qriqoriu qeyd edib ki, bu mövzunu araşdırandan sonra anlayıb ki, bu məsələ keçən əsrin 60-cı illərində yaranıb. O vaxt bu məsələnin qaldırılması Sovet İttifaqı üçün sərfəli idi. 60-cı illərə qədər heç kəs deməyib ki, guya erməni soyqırımı olub, ermənilərə qarşı hansısa qeyri-insani tədbirlər görülüb. Təəssüf ki, çoxları belə bəyanatları həqiqət kimi qəbul edir. Buna görə də doğru-düzgün informasiyanı dünya ictimaiyyətinə çatdırmaq lazımdır.
A.Qriqoriu deyib: “Çox adamın bu mövzudan xəbəri yoxdur və məsələyə məhz ona görə ürək yanğısı ilə yanaşırlar ki, soyqırımı sözü sanki dərhal mərhəmət hissi oyadır. Çox adam fikirləşmir ki, erməni diasporunun bütün dünyaya zorla qəbul etdirməyə çalışdığı faktlar tamamilə yalandır, belə bəyanatların heç bir əsası yoxdur, bütün bunlar sadəcə insanların ürəyini yumşaltmaq üçün uydurulub. Ona görə də bugünkü konfrans kimi tədbirləri təkcə Azərbaycanda və ya Türkiyədə deyil, bir sıra başqa dövlətlərdə, o cümlədən Avropa ölkələrində də keçirmək lazımdır. Qoy insanlar bilsinlər ki, əslində heç bir erməni soyqırımı olmayıb”.
A.Qriqoriu sonda deyib: “Bəli, Birinci Dünya müharibəsi, qurbanlar, köçürülmələr olub. Lakin ermənilərin kateqoriyaları ilə danışsaq, bu mövqedən mühakimə yürütsək və münasibət bildirsək, onda Birinci Dünya müharibəsi dövründə hər bir xalqa münasibətdə soyqırımı törədilib.
Bir daha təkrar etmək istəyirəm 1914-1915-ci illərdə soyqırımı anlayışı mövcud olmayıb. Buna görə də kimlərinsə məsuliyyətə cəlb olunmasını, onların beynəlxalq aləmdə pislənməsini tələb etmək tamamilə əsassızdır”.

 

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 567

QHT və MEDİA

2019-03-20 12:10:55

QHT və MEDİA
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət v...

2019-03-19 10:05:59

QHT və MEDİA
Şura yeni elektron xidmətlə bağlı məluma...
Şura yeni elektron xidmətlə bağlı məluma...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...

2019-03-18 08:35:58

İQTİSADİ
Azərbaycan üzərindən keçən tranzit layih...
Azərbaycan üzərindən keçən tranzit layih...

Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl...