SİYASƏT
A- A A+

Sevinc Fətəliyeva: Cəbhə bölgəsində azərbaycanlı uşaqlar erməni snayperlərin hədəfi olurlar

2017-04-25 08:10:31

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə sərbəst müzakirələr keçirilib

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, bu qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyeva müzakirələrdə fəal iştirak edib.

S.Fətəliyeva bildirib ki, son vaxtlaradək “müharibə” sözü millətindən və dinindən asılı olmayaraq, dünyada hamını qorxudan və dəhşətə gətirən söz idi. Təəssüf ki, bu, artıq tez-tez işlənən məfhumlardan birinə çevrilib. Biz dözümsüzlük, qəddarlıq, düşmənçilik və nifrət kimi anlayışlara tədricən alışmışıq. Suriya, Ukrayna, Dağlıq Qarabağ və bir çox başqa yerlərdə minlərlə uşaq hücumlara məruz qalır, onların həyatları alt-üst olur. Azərbaycanda cəbhə bölgəsində yaşayan uşaqlar erməni snayperlərin hədəfi, partlayıcı cihazların qurbanı olur, yaxınlarını itirirlər.

Qeyd olunub ki, uşaqların üzləşdikləri bütün bu mənfi hallar psixoloji təsirsiz ötüşmür. Hər dəfə münaqişə zonalarından dəhşətli xəbər eşitməyə artıq alışmışıq. Lakin Suriyada - İdlibdə bu yaxınlarda baş verən faciə hamımızı sarsıtdı. Biz kimyəvi hücum nəticəsində şəhid olan uşaqların və körpələrin fotoşəkillərini gördük. Suriyada altı il davam edən müharibə, Dağlıq Qarabağ, Ukrayna kimi münaqişələr uşaqlar üçün qorxulu yuxuya çevrilib. Bu vəziyyətin nə qədər gərgin olduğunu və uşaqların yardıma ehtiyacını göstərir.

Artıq sözdən hərəkətə keçməyin vaxtı çatdığını diqqətə çatdıran S.Fətəliyeva münaqişələrin uşaqlara vurduğu zərbə və yaraların izsiz ötüşmədiyini vurğulayaraq deyib: “Hər bir uşağın təhlükəsiz gələcəyi təmin olunmalıdır. Etiraf etməliyik ki, AŞPA olaraq, biz həmin münaqişələrin sülh yollu ilə həllinə təzyiq göstərə bilmirik. Biz uşaqları müdafiə etmək üçün kifayət qədər çalışırıqmı? Bəlkə bəyanat verməyi və yalnız müzakirə etməyi dayandıraq? Bəyanatlardan real addımlara keçməyin tam vaxtı deyilmi? Münaqişələrdə uşaqların təhlükəsizliyini təmin etmək, qorumaq üçün artıq müəyyən siyasi qərar qəbul etməliyik”.(Azərtac)

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 652

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-25 09:35:02

İQTİSADİ
Qeyri-neft sektorunun inkişafına dəstək ...
Qeyri-neft sektorunun inkişafına dəstək ...

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasi...

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...