TƏDQİQATLAR
A- A A+

“Jewish Journal” Holokostdan və Xocalı qətliamından yazır

2017-04-23 18:05:19

.

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində “İom xa-Şoa: Xatirə günü və düşüncələr” sərlövhəli məqaləsi dərc edilib. Müəllif məqalədə Holokost və Xocalı faciələrindən yazır.

Məqalədə deyilir: Azərbaycan həm nasizmin mövcud olduğu dövrdə, həm də bu gün nifrət və faşizmə qarşı çıxış edib. Tarix Hitlerin Azərbaycanın paytaxtı Bakını ələ keçirmək üçün baş tutmayan cəhdini xatırlayır. O illərdə Azərbaycan Avropada və qonşu regionlarda təqiblərdən qaçan yəhudilər üçün sığınacaq olub.

Müəllif yazır ki, 2016-cı ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universiteti Holokostu milli faciəmiz Xocalı qətliamı prizmasından müzakirə etmək üçün nüfuzlu alimlərin iştirakı ilə “dəyirmi masa” təşkil edib. 1992-ci ilin fevralında erməni silahlı birləşmələri Xocalıda dinc azərbaycanlıları, o cümlədən uşaqları, qadınları və qocaları qətlə yetirib. “Human Rights Watch” təşkilatı bu hadisəni Ermənistan-Azərbaycan münaqişəsi zamanı “ən böyük qətliam” adlandırıb və erməni silahlı qüvvələri tərəfindən “mülki əhaliyə qarşı törədilmiş ağlasığmaz zorakılıq aktını” pisləyib.

 M.Yevdayev məqalənin sonunda qeyd edir ki, dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın həyatı qiymətlidir.(Azərtac)


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 670

QHT və MEDİA

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...