İQTİSADİ
A- A A+

Görmə qüsurlu insanlar üçün planşet hazırlanır

2015-05-20 09:20:39

Azərbaycanda görmə qüsurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işlənilir.

Azərbaycanda görmə qüsurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işlənilir.

Planşet görmə qüsurlu insanların istifadə etdiyi Braille əlifbasından bəhrələnərək "Braille Pad” adlanır.

Planşetin hazırlanmasında məqsəd görmə qabiliyyətini itirmiş insanların cəmiyyətə inteqrasiyasının təmin olunmasıdır. 

Planşetlərin əsas istifadə obyektləri kimi gözdən əlillər üçün təhsil mərkəzləri, uşaq evləri, iş mərkəzləri və s. nəzərdə tutulur. Bu planşet vasitəsi ilə görmə qüsurlu insanlar tam sərbəst şəkildə onlayn kitablar, məqalələr oxuyacaq, müxtəlif saytlara, hətta sosial şəbəkələrə daxil olaraq dostları ilə danışa və cəmiyyətə inteqrasiya ola biləcəklər.

Latın və digər əlifbaları Braille əlifbasına birbaşa keçirmə funksiyası ilə göz əlilliyi olan insanlar bütün saytlarda və ya elektron kitablarda, sənədlərdə yazılan məlumatları, yazılanları asanlıqla oxuya biləcəklər.

Qeyd edək ki, "Braille Pad” - in qiymətinin normal planşet ilə eyni qiymətdə olması planlaşdırılır.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1303

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...