CƏMİYYƏT
A- A A+

“Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupuna aid QHT-lərlə görüş keçirilib

2017-04-20 20:25:02

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına  “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupundan üzv seçilən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə adıçəkilən sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib. 

Şura  sədri, Milli Məclisin deputatı Azay Quliyev qaçqın və məcburi köçkünlərin, veteran və şəhid ailələrinin əhalinin ən həssas təbəqəsindən olduğunu deyib. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti haqqında danışan Azay Quliyev QHT-lərin də bu sahədə fəal olduğunu qeyd edib. Şura sədri Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və hərbi təcavüzünün başlandığı ən ağır günlərdə silaha sarılaraq ərazi bütövlüyümüz uğrunda vuruşan insanların qəhrəmanlıqlarının heç zaman unudulmadığını və onların problemlərin həlli üçün dövlət qurumları ilə QHT-lərin yaxından əməkdaşlıq etdiyini vurğulayıb. 

 Azay Quliyev Şuranın 2017-ci il II qrant müsabiqəsinin mövzularının əksəriyyətinin müharibədən zərər çəkən şəxslərin sosial-ictimai müdafiəsinin, düşmənə qarşı informasiya savaşının gücləndirilməsi, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin ifşası olduğunu deyib. A. Quliyev Şuranın Qarabağ qaziləri, şəhid ailələrini, qaçqın və məcburi köçkünləri hər zaman diqqətdə saxladığını və hər il bu istiqamət üzrə onlarla QHT layihəsini maliyyələşdirdiyini qeyd edib. Şura sədri bu sahədə fəaliyyətin uğurlu koordinasiyasına görə Şura üzvü Emin Həsənliyə təşəkkür edib və onun fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb. Şura sədri həmçinin QHT-lərlə yaxından əməkdaşlığına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də təşəkkürünü bildirib. 

 Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifovanı 65 illik yubileyi münasibəti ilə təbrik edən Azay Quliyev onun müharibənin od-alovunun içərisindən çıxan dəyərli qazilərimizdən olduğunu deyib. Şura sədri N. Yusifovanı həm QHT sahəsində səmərəli fəaliyyəti, həm də Qarabağ qazisi kimi Təşəkkürnamə ilə təltif edib. 

 Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov hər bir Şura üzvünün seçildiyi qrupun mövzu istiqaməti üzrə fəaliyyət göstərən QHT-lərlə keçiridiyi görüşlərin məqsədi və əhəmiyyəti haqqında məlumat verib. F. Qurbanov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı milli maraqlarımızın müdafiəsi istiqamətində fəaliyyət göstərən QHT-lərlə görüşməkdə məqsəd layihələrin icra vəziyyətini, effektivliyin və təşəbbüskarlığın artırılması mexanizmlərini müzakirə edərək uğuru nəticənin əldə olunmasını stimullaşdırmaqdır. 

 Şura üzvü Emin Həsənli Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, müharibə qəhrəmanlarımızın tanıdılması, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində, antiazərbaycan dairələrin təxribatlarının qarşısının alınmasında QHT-lərin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını deyib. Emin Həsənli QHT-lərdən Ermənistanın törətdiyi vəhşiliklərin ifşası istiqamətində innovativ təşəbbüslər gözlədiyini deyib və onları milli məsələlərlə bağlı petisiyalarda fəallığı artırmağa dəvət edib. Şura üzvü QHT-lərin layihələrin icrası zamanı üzərlərinə düşən müqavilə öhdəliklərini dəqiq şəkildə icra etməsinin effektivliyin təmin olunmasında həlledici rola malik olduğunu vurğulayıb.

 QHT rəhbərləri çıxış edərək layihələrinin icra prosesi zamanı qarşılaşdıqları məsələlər, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması haqqında danışıblar. QHT nümayəndələri həmçinin mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər. 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 977

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...