QHT və MEDİA
A- A A+

Bilik Fondunda “Danışan tarix: erməni xisləti - 24 aprel” filmi müzakirə edildi

2017-04-20 09:45:07

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Klubunun növbəti yığıncağı olub

Məlumata görə, tədbirdə İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Bilriyinin aparıcısı tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli, Klubun üzvləri olan müxtəlif universitetlərin tələbələri, Bilik Fondunun əməkdaşları iştirak ediblər.

Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev Azərbaycan tarixinin qaranlıq məqamlarının öyrənilməsi, Azərbaycan həqiqətlərinin dünyada yayılması, şərəfli səhifələrin təbliği məqsədilə Klub üzvlərinin fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. 
Klub üzvləri üçün mütəmadi olaraq maraqlı mühazirələrin, ekskursiyaların təşkil olunduğunu xatırladan İsaxan Vəliyev alim və mütəxəssislərin iştirakı ilə tarixi-sənədli filmlərin müzakirəsinin Klubun işinə təkan verəcəyini diqqətə çatdırıb.

Tələbələrə İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Bilriyinin istehsal etdiyi “Danışan tarix: erməni xisləti - 24 aprel” sənədli televiziya filmi nümayiş olunub.

Nümayişdən sonra Mahir Qəribov və Atamoğlan Məmmədli iyirminci əsrin əvvəllərindəki tarixi-siyasi mənzərə və 1915-ci il hadisələri barədə tələbələrə ətraflı məlumat veriblər. Bildirilib ki, ermənilər 24 apreli türklər tərəfindən soyqırımına məruz qaldıqları gün kimi qələmə verir, bu məsələni bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməyə çalışırlar. Halbuki onların iddia etdikləri həmin hadisə soyqırımı olmayıb, Osmanlı dövlətinin öz təhlükəsizliyi naminə erməni üsyanlarının və türklərə qarşı törədilən qırğınların qarşısını almaq üçün hazırlamış olduğu müdafiə tədbiri idi.

 Sonra mütəxəssilər “Tariximizi öyrənək və öyrədək” Klubunun üzvlərinin çoxsaylı suallarını cavablandırıblar. (525.az)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 430

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...