TƏDQİQATLAR
A- A A+

Azərbaycan diasporu üçün yeni çağırış və yanaşmalar

2017-04-20 09:20:52

.

Azərbaycan diasporu yeni dövrün çağırışlarına daha təkmil cavab verməli və yeni trendlərlərlə daha mütəşəkkil ayaqlaşmağı bacarmalıdır.

Dövlət səviyyəsində bu sahəyə dərin yanaşma, göstərilən diqqət və qayğı bunu deməyə bir daha əsas verir. 

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, həm Ümummilli lider Heydər Əliyevin, həm də Azərbaycan Respublikasının dövlət siyasətinin ana xəttində xaricdə yaşayan azərbaycanlılarla iş, diaspor fəaliyyəti ön sırada olmuşdur.

Son günlər haqlı olaraq, ictimaiyyət arasında ən böyük rezonans doğuran hadisə məhz Rusiya Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi ilə bağlı Ali Məhkəməyə müraciət edilməsidir.

Məlum məsələnin hər bir vətəndaşımız tərəfindən həssaslıqla qarşılanması normal haldır. Milli mənsubiyyətini dərk edən və cəmiyyətdə gedən prosesləri izləyən şəxs üçün belə neqativ hallara mövqe bildirilməsi arzuolunan və qəbulediləndır. 

Rusiya bütün sahələrdə, ələlxüsus coğrafi, tarixi, mədəni, iqisadi, siyasi və strateji baxımdan bizim üçün adi bir dövlət deyil ki, burada baş verənlərə, xüsusilə də Azərbaycan diasporunun ən sıx birləşdiyi və müəyyən inkişaf yolu keçmiş təşkilatımızın ləğv edilməsinə biganə qalınsın. 

Azərbaycan diasporu üçün xüsusi çəkiyə malik bir təşkilatın hüquqi ləğvi ciddi narahatlıq doğura bilər.

Lakin zənnimizcə, bunun çox da siyasiləşdirilməsi və ya çıxılmaz vəziyyətdə qalmaq kimi təqdim edilməsi yolverilməzdir.

Ona görə ki, diasporu hüquqi çərçivəyə salmaq və ondan səmərəli fəaliyyət gözləməyin özü belə yanlış yanaşmadır. Diaspor sosial-mədəni fenomendir. Onun hüquqi təyinatı yoxur.

Belə bir vaxt və şərait artıq yetişmişdir ki, diasporu məhdudlaşdırmaq, yəni regional birliklərə, təşkilatlara, cəmiyyətlərə və konqreslərə sığdırmaq o dərəcədə mümkün deyil. Diaspor şüurlara hopmalıdır. Həyat tərzinə çevrilməlidir. Siyasiləşdirilməməlidir.

Təkcə inzibati metodla və təşkilati mexanizm yaratmaqla bu fəaliyyəti irəli aparmaq çətin olar. Bu işə daha çox ictimai çalar qatmaq lazımdır. Diasporumuzun ən problemli yeri və rolu obyektivliyin və operativliyin olmamasındadır. Bu çox önəmli məsələdir. Eləcə də milli psixologiyaya uyğun metod yaradılmalıdır. Diasporu “ələ baxan” öyrətmək olduqca təhlükəlidir. Bu isə şəxsi mənafeyin güdənlərin formalaşmasına gətirib çıxaracaqdır ki, sonrada öz fəsadlarını verəcəkdir. Bunun üçün isə düzgün strategiya müəyyənləşdirilməlidir.

Burada daha çox milli heysiyyat və könüllülük prinsipinə üstünlük vermək vacibdir. Müqayisə etdiyimiz klassik diasporların belə demək mümkündürsə hamısı Vətənə xidmət edir, ora investisiya yatırır və ya maliyyə yardımı edirlər. Bizdə isə bu əksinədir. 

Bir necə ildir ki, elmi araşdırmalarımızın nəticəsi olan məqalələrimizdə, o cümlədən “Azərbaycan Respublikasının xarici siyasəti və diaspor fəaliyyəti (1991-2011)” adlı monoqrafiyamızda yeni yanaşmanın ortaya qoyulması təkliflərini irəli sürürük. Diasporumuzun birləşərək bir mərkəzdən koordinasiya edilməsinin və bir nöqtəyə vurmasının işin nə dərəcədə xeyrinə olduğunu bildirmişik. BMT yanında müşahidəçi statusunun alınmasının vacibliyini qeyd etmişik. 

Diasorun sosial-mədəni mahiyyətini və əhəmiyyətini nəzərdən keçirərək onun siyasiləşməməsinin və lobbi institutunun yaradılmasının vacibliyini bildirmişik. Maliyyə məsələlərinin nizamlanması üçün isə Diaspor Fondunun təsis olunmasının zəruriliyini vurğulamışıq.

Bu yaxınlarda Dünya Azərbaycanlıları Assambleyasının Avropa İttifaqında qeydiyyatdan keçməsi və BMT-nin Sosail Şurası tərəfindən qeydiyyata alınması artıq yeni mərhələyə keçidi təsdiqləyir. Bu artıq lobbizmdir.

Biz həmişə bu 3 amilə diqqətlə yanaşılmasını məqsədəuyğun hesab etmişik:

1. Konqresdənsə Rusiya Azərbaycanlıları Evi kimi qeydiyyata müraciət olunsun. Bu daha iddiasız səslənir. Bu da post tutmaq yarışına son qoyulmasına və diasporun bir vasitəyə deyil, bir məqsədə çevrilməsinə səbəb ola bilər. Çünki, burada əksəriyyət konqresin prezidenti və ya sədri olmaq istəyər. Azərbaycan evinin rəhbəri isə şəxsi mənafeyini güdən “diasporçu” istəməz. 

2. Ümumrusiya Azərbaycanlıları Konqresi Ukrayna Azərbaycanlıları Konqresi və Belarus Azərbaycanlıları Konqresi ilə birgə yeni kontinental birliklərini elan edərək, beynəlxalq fəaliyyət sferasına keçsinlər.

3. Ümumdünya Azərbaycanlıları Konqresi yaradılsın və rəsmi şəkildə beynəlxalq təşkilatlara müşahidəçi statusunun əldə edilməsi üçün müraciət edilsin.

İmkan vermək olmaz ki, xalqlararası əlaqələrin fenomeni sayılan diasporu dövlətlərarası münasibətlərin ziyanına işləyən alətə çevirsinlər.

Yəhya Babanlı
tarix üzrə fəlsəfə doktoru, 
diaspor məsələləri üzrə ekspert

 

 

 

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 212

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...