QHT və MEDİA
A- A A+

TRT-dən “Bakı 2015”ə dəstək

2015-05-20 09:05:27

"Yaxşı gündə, pis gündə həmişə Azərbaycanın yanındayıq".

Bunu TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan deyib. 

 Y. Arslan qeyd edib ki,  TRT Bakı Təmsilçisi olaraq vəzifəyə başladığı ilk gündən etibarən Bakı 2015-in media təqdimatına xidmət etməyə çalışıb: “İstər tənzimləmə komitəsi, istərsə də olimpiada komitəsi ilə sıx əməkdaşlıq edərək, ciddi iş cədvəli yaratdım. TRT Bakı Nümayəndəliyi olaraq öncə paytaxt Bakıda şəhərlə əlaqədar I Avropa Oyunları üçün aparılan hazırlıq işlərinə, sonra bir-bir həyata keçirilən idman komplekslərinə, idmançı hazırlıqlara və təbliğat işlərinə üstünlük verdik. İstər Azərbaycanda istərsə də, Azərbaycan xaricində təşkilatları təqib edərək çağırış etdik.

Avropa Oyunları, Azərbaycan üçün çox mühümdür. Avropanın ilk nəhəng idman məkanı olacaq “Bakı 2015”, eyni zamanda I Avropa Oyunlarının standartlarının müəyyən etdiyi bir nəhəng təşkilatçı olacaq”.

 Y. Arslan qeyd edib ki, bunun üçün nəhəng investisiyalar qısa müddətdə həyata keçirilib, Bakı başdan-ayağa yeniləndi, idmançı hazırlıqları və təbliğat işləri də sürətlə aparılıb: “Bu Oyunlar eyni zamanda, Azərbaycanın xarici təbliği üçün də mühümdür. “Bakı 2015” regionda sülh və sabitlik adası, yeni və güclü nəqliyyat və enerji dəhlizi kimi yüksələn “Yeni Azərbaycan”ın tanıdılmasına səbəb olacaq. Bizə düşən vəzifə də bu nəhəng Oyunlarla birlikdə yeni Azərbaycanın təqdimatına kömək etməkdir”.

 TRT nümayəndəsi hesab edir ki, Azərbaycan üçün önəmli olan, onlar üçün də önəmlidir: “TRT Bakı Nümayəndəliyinin yeni proqramı var ki, bazar günləri saat 17:20-də TRT AVAZDA yayımlanır. Bazar gününün ikinci hissəsini Avropa Oyunlarına ayırdıq. Hazırlıqları, həm idmançı, həm infrastruktur mənasında görülən işləri analiz edəcəyik. Bakının bütöv olaraq I Avropa Oyunlarına dair görülən işləri və bu Oyunların əleyhinə olan mübahisələri, Azərbaycana qarşı qaralama kampaniyalarını və həqiqətləri 45 dəqiqə ərzində ətraflı olaraq işlədik”.

 Y. Arslan deyib ki, işlər bununla da bitmir: “Bakı 2015” üçün xüsusi fayllar hazırladıq. Klip formatında hazırlanan bu xüsusi fayllarda “Bakı 2015”-ə dair hər bir məsələni müzakirə etmişik. Burada da “Bakı 2015”-i həm idman, həm də infrastruktur hazırlıqlarını, Prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın Avropaya doğru çağırışlarını çatdırdıq”.

 Y. Arslan, həmçinin bununla bağlı bir çox verilişlər hazırlandığını, TRT İdmanın xüsusi bir komanda ilə bu oyunlara dəstək olacağını qeyd edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1150

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...