SOSİAL
A- A A+

“The Washington Times”: Sarkisyan Avropada sabitliyi təhdid edir və ABŞ-ın müttəfiqlərini təhlükə altına qoyur

2017-04-19 09:20:58

Yazı

ABŞ-da çıxan “The Washington Times” qəzetində 1988-ci ildə ata Corc Buş administrasiyasının Yaxın Şərq siyasəti üzrə şöbəsinin sabiq əməkdaşı Lloyd Qrinin məqaləsi dərc olunub. Müəllif yazır ki, Ermənistan Prezidenti Serj Sarkisyanın hərbi güc tətbiq etmək təhdidi ilə əlaqədar Qafqazda “nüvə partlayışı” riski artır.

Ermənistan Azərbaycanın qərbində ərazi işğal edib və 1992-ci ildə Xocalı qırğını zamanı qətlə yetirilmiş 600-dən çox dinc sakin də daxil olmaqla, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə həyata keçirib. L.Qrin xüsusi vurğulayaraq yazır ki, təəssüf ki, Ermənistan regionu nüvə müharibəsi həddinə çatdırır. Müəllif qeyd edir ki, Ermənistan ötən ilin payızında “İsgəndər” raket kompleksi alıb. Bu, Azərbaycana və ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyəyə ismarıc göndərmək məqsədi daşıyan böyük provokasiyadır.

Yaxın mənzili ballistik raket sistemi - “İsgəndər” 300 milə qədər (500 kilometrə qədər) məsafədə kiçik hədəflərə zərbə endirmək üçün nəzərdə tutulub. Bu o deməkdir ki, Ermənistanın şərq hissəsində quraşdırılan “İsgəndər” raketləri bütün Azərbaycan üzrə hədəflərə, o cümlədən paytaxt Bakıya zərbə endirə bilər. Müəllif vurğulayır ki, “İsgəndər” raketlərini nüvə döyüş başlıqları ilə təchiz etmək imkanı da narahatlıq doğurur. Onun sözlərinə görə, regionda ballistik raketlərin yerləşdirilməsinin özü region ölkələrinin yetərincə təhlükə altında olduğunu göstərir. Amma prezident Sarkisyan bununla kifayətlənməyib. Bu yaxınlarda Ermənistan lideri işğal edilmiş ərazilərdə olub və lovğalanıb ki, onun hökumətinin “müasir və güclü zərbə qüvvəsi” var. Sarkisyan özünün aqressiv bəyanatlarında Azərbaycanda potensial hədəfləri müəyyən edərək bildirib ki, Ermənistan Azərbaycan “infrastrukturunun ən əhəmiyyətli hissələrinə” zərbələr endirəcək.

Ermənistan tərəfinin növbəti təhriki Bakıda və bütün regionda xüsusi narahatlıq doğurur. Sarkisyanın bəyanatı öz qonşuları arasında gərginlik yaratmaqla bərabər, Vaşinqtonda da təşvişə səbəb olub. “Ceymstaun” Fondu Ermənistanın “İsgəndər” raketlərini yerləşdirməsinin doğurduğu təhlükələri müzakirə etmək üçün bu yaxınlarda ABŞ Konqresində panel diskussiyası keçirib. Fond bildirib ki, yeni silah “Avropada sabitliyi təhdid edir, ABŞ-ın müttəfiqlərini təhlükə altına qoyur və orta və kiçik mənzilli raketlərin ləğv edilməsi barədə 1988-ci il Müqaviləsini potensial surətdə pozur”.

Sarkisyanın təhrikçi ritorikası separatçıların təbliğ etdiyi mifi - Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin “müstəqil respublika” olması mifini darmadağın edir. L.Qrin Ermənistanda dəhşətli iqtisadi vəziyyətdən və başqa ölkədə işğalçı qoşunların saxlanılmasında ölkənin resurslarından istifadə olunmasından danışarkən yazır ki, Ermənistanla müqayisədə Azərbaycanda iki dəfədən çox əhali yaşayır, onun ümumi daxili məhsulu Ermənistanınkından, demək olar, yeddi dəfə çoxdur. Müəllif vurğulayır: “Ermənilər öz liderlərinin ölkənin iqtisadiyyatını necə məhv etdiyini izlədiyi bir vaxtda Azərbaycan çiçəklənir”.

Bu, Ermənistanın hücum silahlarına və hərbi ritorikaya düşüncəsiz şəkildə can atması səbəbindən Azərbaycan və bütün region üçün təhlükəli dövrdür. Dünya azərbaycanlıları öz müttəfiqlərinin - Amerika Birləşmiş Ştatlarının dostluğuna etibar edirlər. Dünya yalnız ümid bəsləyə bilər ki, bu, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası dövründə də belə davam edəcək.(Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 329

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...