SİYASƏT
A- A A+

Aprel döyüşlərinin iştirakçıları gənclərlə görüş keçirdi

2017-04-19 09:05:25

.

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Müdafiə Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin  birgə təşkilatçılığı ilə aprel döyüşlərində iştirak etmiş yüksək rütbəli zabitlərlə gənclər təşkilatlarının nümayəndələrinin görüşünü keçirilib.

 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi Azərbaycanın tarixində şanlı hadisə olan aprel döyüşlərinin Azərbaycan asgər və zabitlərinin vətənə olan sevgisinin bir daha sübutu olduğunu qeyd edib. F.Hacıyev çıxışında deyib ki, bu gün hər bir azərbaycanlı güclü ordusunun olması ilə fəxr edə bilər. O, aprel döyüşlərində Ermənistanın Azərbaycanın artıq 1990-cı ildəki Azərbaycan olmadığını dərk etdiyini bildirib: "Bizim qələbə günümüz uzaqda deyil. Qısa müddətdə işğal altındakı rayonlarımızı azad edəcək, bayraqlarımızı o torpaqlarda dalğalandıracağıq".

 Fərhad Hacıyev Gənclər Fondunun fəaliyyət göstərdiyi 5 il müddətində vətənpərvərlik haqqında463 layihə  maliyyələşdirildiyini bildirmişdir. O həmçinin Fondun cari və gələcək fəaliyyəti müddətində də vətənpərvərlik istiqamətində olan layihələrə xüsusi önəm veriləcəyini qeyd edib.

 Polkovnik-leytenant Elmar Zeynalabdinov aprel döyüşlərinin Azərbaycan xalqının qələbəsi olduğunu söyləyib: "Əsgərlərimiz doğma yurdlarını qorumaq, azad etmək üçün döyüşə atıldığını bilirdi. Andına sadiq qalan ordumuz torpaqların bir hissəsini azad etdi. Düşmən əsgərləri isə səngərlərdən qaçırdılar. Çünki bilirdilər ki, bu torpaqlar onların deyil".

 Daha sonra aprel döyüşlərinin iştirakçısı olmuş bir qrup zabit səhnəyə dəvət edilib.Onlar aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıqları haqqında məlumat veriblər.

 Görüşün sonunda aprel döyüşlərinə həsr olunmuş xüsusi film nümayiş etdirilmişdir.Filmdə aprel döyüşlərinin iştirakçıları - general-mayor Hikmət Həsənov, general-mayor Mayıs Bərxudarov, Milli Qəhrəman, polkovnik Şükür Həmidov, kapitan Mirdamət Bağırov, gizir Əli Eynullayev və əsgərlərin aprel döyüşləri ilə bağlı xatirələri əksini tapıb. (Modern.az)

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 325

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...