SOSİAL
A- A A+

Telekanallar cəmiyyətin nəbzini tuta bilirmi?

2017-04-17 09:50:13

Araşdırma

Azərbaycanın  teleməkanında gedən proseslər, hazırlanan müxtəlif səpkili verilişlər, şou proqramlar, nümayiş olunan seriallar əslində vətəndaş olaraq hər birimizi düşündürür. Dünyada gedən proseslərin, münaqişə faktoruun, müxtəlif psixoloji gərginliklərin  və  nəhayət bütün  bunların  kövrək cəmiyyətimizə təsiri təbii ki, az deyil.

Belə məqamda  telekanalların, medianın  məramı, məqsədi necə olmalıdır və indi necədir məsələsinə etinasız yanaşmaq olmur. Təsnifatına uyğun müxtəlif səpkili informasiyaların tamaşaçıya çatdırılması işi,  həmçinin əyləncə  proqramlarıının nümayişi məsələsi  öz axarında olmalıdır. Təbii ki, bütün bunlara paralel olaraq maarifçi xarakterli verilişlərin peşəkar səviyyədə hazırlanması, auditoriyalara çatdırılması  bu gün zərurətə çevrilib. Təəssüf  ki, telekanallarımızda  bir çox hallarda bunu görə bilmirik. Bu televiziyalar sanki  öz maarifçilik missiyasından, şou proqramlarda insanları  əyləndirmək, informasiya çatdırmaq missiyasından daha çox reklam verən  şirkətlərin məhsullarını  istehlakçıya tanıtmaqla məşğul olurlar.

Bu əslində reklam olunan məhsulların antireklamına çevrilir. Heç şübhəsiz şou proqramdan, müxtəlif verilişlərdən əhval-ruhiyyəsi  pozulan  biçarə tamaşaçı həmin reklamlardan da razı qalmır. Deməli, əvvəlcə tamaşaçını məmnun etmək, həmin telekanalı seyr edən insanlarda yaxşı əhval-ruhiyyə yaratmaq lazımdır ki, nümayiş olunan reklam çarxlarına da diqqət artsın. 

Azərbaycanın teleməkanında baş verən proseslər haqqında, verilişlərin real vəziyyəti ilə bağlı və belə demək mümkünsə  çox üzücü məqamlarl var.  Hələlik  həmin faktlara,  detallara toxunmaq istəmirəm. Ancaq  onu qeyd edim ki, cəmiyyətin  güzgüsü sayılan TV-lərdə  hansı məhsulun  necə təqdim olunduğunu  müasir tamaşaçı çox yaxşı görür.

Bütüm hallarda elektron media, xüsusilə,  TV-lər  şablon çıxmasın cəmiyyətin fövqündə durmalıdır. Bu böyük güc, böyük silah  cəmiyyətə  küfr yox, müsbət enerji gətirməlidir. Bu gün Azərbaycan tamaşaçısının rəğbətini deyil, şit,  intelektsiz davranışı ilə tamaşaçını bezdirən aparıcılardan,  kampaniyaçı vətənpərvərlikdən, bayağı şoulardan qurtulmaq lazımdır.  

Ancaq nə etmək olar  teleməkanda belə problemlər hələ də qamaqdadır. Kobud çıxmasın ayını da   bir-iki ilə əhliləşdirmək mümkündür. Ancaq bəzi tv-lərdəki  şou aparıcılar var  onlar  uzun illərdir  aparıcılıq etsələrdə  özlərində  elementar efir mədəniyyəti formalaşdıra bilmirlər. Aydın məsələdir ki, telekanal belə verilişlərin  reytinqinə və cəlb olunan reklamlara görə həmin şəxslərin fəaliyyətinə  yaşıl işıq yandırır. Bəzi internet saytları İP-i  sayına görə,  telekanallar isə  reklama  görə yarışa girirlər. Bunun hər ikisinin mənfi təzahürü olur.

Telekanallar cəmiyyətin nəbzini tuta bilmirlər. Qıcıq doğuracaq yüngül şoularla,  maraqsız və baxılması  qəliz olan  seriallarla kövrək cəmiyyəti ovundurmaq, əyləndirmək çətindir. Bu məsələdə ən azından balansı qorumaq lazımdır.

Onu da etiraf etmək lazımdır ki,  televiziyanın birbaşa tamaşaçının istəyinə, zövqünə uyğun proqram qurması özü-özlüyündə mənfi tendensiyalara yol açar. Ancaq balansı qoruyaraq,  teleticarət işini quraraq əsas milli strateji hədəflərə  doğru getmək mümkündür.

Nümayiş olunan filmlərə nəzər salmaq istərdim. Azərbaycan telekanallarının çəkdiyi seriallar təəssüf  ki, normal alınmır. Müxtəlif sənət adamları cəlb olunur, hətta bəzən aktyorlar dərindən-qabıqdan çıxırlar ki, çəkiliş normal alınsın. Yekunda filmi seyr edən tamaşaçı razı qalmır. Bunun səbəbləri çoxdur. Mənə belə gəlir ki, əsas səbəblərdən biri isə ssenarinin son dərəcə zəif olmasından qaynaqlanır. Bu tipli seriallar təqdim olunur. Reklam fasiləsində yorulan, əsəbləşən, ürək ağrısı keçirən tamaşaçıya tövsiyə olunur ki, Sedaflor-b içsin. Bütün bunların çarəsi həmin dərmandadır. Həqiqətən  bellə seriallara baxandan sonra  Sedaflor –B içmək lazımdır. Yoxsa gərginlik, əsəbilik fəsadlar verər.  

Cənablar, bəlkə tamaşaçını belə duruma salmamaq, yaxşı əhval-ruhiyyədə qalması üçün  ağıllı-başlı ssenari ilə çəkilən  filmlər  təqdim etmək lazımdır?   Sedaflor-b-yə  az ehtiyac olsun. Milli Qəhrəmanlarınızın keçdiyi döyüş yolu,  Qarabağ döyüşlərində misilsiz xidmətlər göstərən əsgərlərimizin qəhrəmanlığı,  4 günlük  aprel döyüşlərində Azərbaycan Ordusunun şücaəti  ən yaxşı  film ssenarisi ola bilməzmi?  Təbii ki, olar.  Müharibə ədəbiyyatı və filmləri yaranmalıdır. Bu boşluqları ancaq  peşəkar səviyyədə çəkiləcək filmlər doldura bilər.  O zaman gərginliyi. əsəbliyi aradan qadırmaq üçün Sedaflor-b-yə tələbat azalar.  
Əkrəm Bəydəmirli

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1194

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

2018-09-20 21:35:13

CƏMİYYƏT
Hacıbəylilər qardaşları və Azərbaycan mu...
Hacıbəylilər qardaşları və Azərbaycan mu...

XX əsr musiqi mədəniyyətimizə bir neçə şəxsiyyətlər bəxş etdi. Xoşbəxtlikdən ...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...