QHT və MEDİA
A- A A+

“Xalçaçılıq sənətini yaşat və təbliğ et”

2017-04-14 09:40:16

Layihə

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihəyə start verilib. 
Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə YAP Gənclər Birliyinin əlaqələndiricisi Elmar Məmmədov çıxış edərək Azərbaycan xalq tətbiqi sənəti olan xalçaçılığın xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutduğunu və tarixən böyük inkişaf yolu keçdiyini bildirib.
Vurğulanıb ki, layihə ölkə başçısının imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Sərəncama uyğun olaraq reallaşıb.
Tədbirdə Xalça Muzeyinin YAP ilk ərazi təşkilatının sədri, layihənin əlaqələndiricisi Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlərboyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil olunub. Bir ay müddətinə nəzərdə tutulan tədris planı ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının mühazirələri dinləniləcək, xalçaçı-rəssamlar iştirakçılara əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucular isə xalçanın toxunması texnikalarını öyrədəcək.
Sonra tədbirdə xalçanın yaranma tarixindən və xalça sənətindən bəhs edən videoçarx nümayiş olunub.

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 405

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...