CƏMİYYƏT
A- A A+

Elman Nəsirov: Parlament seçkilərinin saxtalaşdırılması Ermənistanı daha böyük uçuruma aparır

2017-04-13 09:10:33

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri gözlənilməz olmadı

Bu nəticələr proqnozlaşdırılan idi. Ən azı o səbəbdən ki, 2008-ci ildə Serj Sarkisyan da hakimiyyətə məhz total saxtakarlıq yolu ilə gəlmişdi və seçicilər buna etiraz edəndə o, öz xalqını gülləbaran etmişdi. 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov bildirib.
Elman Nəsirov qeyd edib ki, Sarkisyanın rəhbərliyi altında keçirilən parlament seçkiləri də belə qeyri-demokratik, qeyri-şəffaf olmalı idi. Əslində Ermənistanda xunta rejiminin keçirdiyi seçkilərin demokratik, obyektiv, şəffaf keçməsi möcüzə olardı. Bunun ən böyük zərbəsini elə erməni xalqına, Ermənistan dövlətçiliyinə dəyəcək. Bu seçkilərin nəticələri bir daha göstərdi ki, Ermənistan daha da böyük uçuruma gedir.
Milli Məclisin deputatı bildirib ki, bu rejim Ermənistanı bərbad vəziyyətə salıb. Ermənistanda iqtisadiyyat iflic vəziyyətinə düşüb. Ölkədə miqrasiya problemi dəhşətli hal alıb və insanlar artıq Ermənistandan qaçmağa başlayıblar. Ermənistan ziyalıları buna “ağ genosid” deyirlər. Ermənistan təcrid vəziyyətinə düşüb və bu, növbəti illərdə daha da dərinləşəcək. Ermənistan xalqının üzləşdiyi fəlakət heç zaman bu qədər dəhşətli olmayıb və bu vəziyyət bundan sonra da davam edəcək.
Elman Nəsirov deyib ki, Ermənistanın gələcəyini düşünən, bu ölkənin işğalçılıq siyasətindən imtina etməsinin ilk növbədə Ermənistanın mənafeyinə xidmət etdiyini söyləyən yeni düşüncəli siyasi qüvvələr seçkilərdə məğlub statusuna endirildilər. Onların içərisində azad demokratları xüsusilə qeyd etmək olar. Onlar birmənalı şəkildə söyləyirdilər ki, Ermənistanın gələcəyi işğala son qoyulmasından asılıdır. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi blok da seçki prosesində məğlub statusuna endirildi. Levon Ter-Petrosyan xüsusilə son günlər deyirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın nicatıdır. Ermənistan prezidenti işğal altında olan Azərbaycan ərazilərini geri qaytarmalıdır. Əgər bu addımı atmasa, beynəlxalq sanksiyalarla onu buna məcbur edəcəklər. Reallıq bundan ibarətdir. Lakin bu siyasi qüvvələr kənar vəziyyətdə saxlanıldılar.
Milli Məclisin deputatı deyib: “Hadisələrin gedişi onu göstərir ki, Ermənistanda sistemli böhran yeni mərhələyə daxil olacaq. Ermənistan cəmiyyətində, dövlətində siyasi kataklizmlər, hakimiyyət-vətəndaş qarşıdurması daha da güclənəcək. Ermənistanın sürətlə zəifləməsi prosesi daha da intensiv xarakter alacaq. Bu gün Ermənistan ziyalıları açıq şəkildə qeyd edirlər ki, Ermənistanın bu mübarizədə məğlubiyyəti üç səbəbdən labüddür. Birincisi, Ermənistanda hakimiyyətin və xalqın heç bir siyasi iradəsi yoxdur, Azərbaycanda isə bu, var. İkincisi, Ermənistanda Azərbaycandan fərqli olaraq səfərbər olmuş cəmiyyət yoxdur. Üçüncüsü, Ermənistanda hakimiyyət-xalq birliyi yoxdur, onlar bir-birinə düşmən gözü ilə baxırlar. Hakimiyyətin heç bir sosial bazası yoxdur. Azərbaycanda isə hakimiyyət və xalq birliyi möhkəmdir, xalq öz Prezidentini, Ali Baş Komandanını dəstəkləyir. Hakimiyyət də yalnız xalqın mənafeyindən irəli gələn siyasəti həyata keçirir. Bizi güclü edən, düşməni daha da zəiflədən ən mühüm amillər bunlardır. Erməni ziyalıları da artıq bunu açıq şəkildə etiraf etməyə başlayıblar”.

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 630

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...