MÜSAHİBƏ
A- A A+

"İslam dünyasının inkişafını ləngitmək üçün qarşıdurma yaradırlar"

2017-04-12 11:15:05

.

Bu gün insanlıq qarşısında duran ən böyük məsələ dünyanı qorumaqdır. Hazırda dünya çox təhlükəli bir mərhələ yaşayır, dünyada çoxsaylı münaqişələr var, elə bizim regionda bir neçə münaqişə var, o cümlədən, Azərbaycan erməni təcavüzünə məruz qalıb.

Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

M.Qurbanlı bildirib ki, 67 ölkənin ərazisində silahlı toqquşmalar baş verir: "Bunun nəticəsində 65 milyon insan öz yurdundan didərgin düşüb. Dünyaya olan müharibə ocaqlarının böyük hissəsi də müsəlman ölkələrinin payına düşür. İslam dünyasının inkişafını ləngitmək üçün kənardan məzhəblər arasında qarşıdurma yaradırlar. Ona görə də islam həmrəyliyi bu gün çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi ili elan etməsi İslam dünyasına böyük çağırış olmaqla, bizim gələcək inkişafımıza böyük dəstək verəcək".

Komitə sədri qeyd edib ki, dünyada islamı terrora bağlamağa cəhd edirlər: "Bu gün terroru islama bağlamaq cəhdi edilir və sonradan məlum olur ki, bunu törədən müsəlman deyil. Ona görə də islam dünyası nə qədər bir olarsa, bu gərginliyə, təzyiqlərə kollektiv cavab vermək olar". (trend)

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 623

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...

2019-07-12 08:10:00

İQTİSADİ
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...

Bu barədə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyulun 1...