TƏDQİQATLAR
A- A A+

ABŞ-ın Cənubi Qafqaz siyasətində fərqli yanaşmalar

2017-04-12 08:10:46

Araşdırma

ABŞ dünyanın müxtəlif bölgələrində cərəyan edən siyasi və təhlükəsizlik problemləri barədə sadəcə münasibət bildirmir, eyni zamanda siyasi və hərbi yollarla müdaxilə də edir. 
Cənub-Şərqi Asiya coğrafiyasından tutmuş, Yaxın Şərq, Afrika, Latın Amerikası, hətta Avropadakı problemlərin öz istədiyi şəkildə həll edilməsi üçün müdaxilə edir, bütün mümkün siyasi və hərbi vasitələrdən maksimum istifadə edir.

Maraqlıdır ki, bu müdaxiləni də demokratiya, insan haqlarının qorunması, bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, beynəlxalq terrorizmlə mübarizə adı altında həyata keçirir. Əslində, ABŞ-ın müdaxilə etdiyi problemlərin nəticəsinə baxdıqda on minlərlə, yüz minlərlə mülki insanın öldürüldüyünü, yaralandığını, böyük köç dalğasının yaşandığını, ölkələrin xarabalığa çevrildiyini görmək mümkündür.

ABŞ böyük dövlətdirmi? Bəli, böyük dövlətdir, siyasi, iqtisadi, hərbi gücü onu böyük dövlət edir. ABŞ-ın hərbi gücü yüksək səviyyədədir, 40 dövlətin ərazisində hərbi bazası və 132 dövlətdə məhdud sayda hərbi gücü bunu təsdiq edir. İllik hərbi büdcəsi ümumən 1 trilyon dollara yaxındır ki, bu da böyük 25 dövlətin hərbi xərclərindən çoxdur. Bu ölkənin istehsal etdiyi ''B-2 Spirit'' döyüş təyyarəsinin 2 ədədinin qiyməti (bir ədədi 2.4 milyard dollardır) onlarla kiçik dövlətlərin büdcəsindən çoxdur.

ABŞ ədalətli dövlətmidir? Buna birmənalı olaraq müsbət cavab vermək olduqca çətindir. ABŞ üçün əhəmiyyətli olan ədalət anlayışı yox, özünün milli maraqlarını qorumaqdır. Həm də nəyin bahasına olursa olsun.

ABŞ-ın ikili standartlar çərçivəsində siyasət həyata keçirdiyini Cənubi Qafqazda yaşanan problemlərə münasibətdə daha aydın görmək mümkündür.

ABŞ Dövlət Departamenti 2017-ci il aprelin 7-də Cənubi Osetiyada keçirilən "prezident seçkiləri'' və "referendum''la bağlı münasibət bildirib. Dövlət Departamentinin bəyanatında "seçkilərin və referendumların legitim olmadığı, Gürcüstan hökumətinin razılığı olmadan keçirildiyi, Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın ayrılmaz hissəsi olduğu'' vurğulanır.[i]

Bu bəyanata görə bənzər problemlərə malik olduğumuz (Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Abxaziya və Cənubi Osetiya) Gürcüstanı təbrik etmək olar, amma ABŞ əsla təbrik etmək olmaz.

Gürcüstanı ona görə təbrik etmək olar ki, dünyanın ən güclü dövləti onun torpaq bütövlüyünü dəstəkləyir, hətta bu barədə bəyanat belə verir. ABŞ-ı ona görə təbrik etmək olmaz ki, bölgədə bənzər problemi yaşayan Azərbaycan dövlətinin ərazi bütövlüyünü Gürcüstan nümunəsində olduğu kimi dəstəkləmir, bəyanat vermir.

ABŞ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll edilməsi üçün qurulan ATƏT Minsk qrupunun həmsədr ölkəsidir. 25 ildən çoxdur ki, Minsk qrupu çərçivəsində problemin həll edilməsi üçün uğursuz və birtərəfli deyə biləcəyimiz vasitəçilik missiyasına davam edir.

ABŞ-ın Dağlıq Qarabağ problemi haqqında bəyanatlarına diqqət yetirdikdə bir dəfə də olsun Gürcüstan nümunəsində olduğu kimi açıq ifadələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədiyini görmək mümkündür.

ABŞ post-sovet coğrafiyasında Dnestryanı problemində Moldovanı, Abxaziya və Cənubi Osetiya problemində Gürcüstanı dəstəkləsə də, Dağlıq Qarabağ problemində eyni şəkildə Azərbaycanı dəstəkləmir. ABŞ Dnestryanı, Abxaziya və Cənubi Osetiya kimi separatçı qurumları tərəfmüqabili olaraq görmür, onlara hər hansı bir maliyyə yardımı etmir, ölkəsində onların nümayəndəliklərinin açılmasına icazə vermir, amma Dağlıq Qarabağ probleminə gələndə 180 dərəcə fərqli siyasət həyata keçirir.

ABŞ Konqresi 1998-ci ildə qəbul etdiyi qərara əsasən 1999-cu ildən etibarən "Dağlıq Qarabağ rejimi''nə birbaşa maliyyə yardımı ayıran yeganə dövlətdir. ABŞ tərəfindən 1998-2000-ci illərdə bu qondarma quruma hər il 2,5 milyon dollar, 2001-2006-cı illərdə hər il 3 milyon dollar, 2006-cı ildə 5 milyon dollar, 2007 və 2008-ci illərdə hər il 6 milyon dollar, 2009 və 2010-cu illərdə hər il 8 milyon dollar, 2011-ci ildə 10 milyon dollar maliyyə yardımı edib. 2012-ci ildə isə ABŞ qondarma quruma maliyyə vasaiti ayırmayıb. Beləliklə, ABŞ-ın qondarma Dağlıq Qarabağa indiyədək ayırdığı yardımın ümumi məbləği təxminən 60 milyon dollar olub.

ABŞ Nümayəndələr Palatasının üzvü konqresmen Deyv Trott qondarma erməni "soyqırımı'' ilə bağlı qanun layihəsini təqdim edərkən, Ermənistanı ekonomik blokadaya aldığına, ötən ilin aprel ayında qondarma "DQR''-ə hərbi müdaxilə etdiyinə, bununla da bölgədə təcavüzü alovlandırdığına görə Azərbaycanın məsuliyyətə cəlb edilməsinin zəruriliyi kimi absurd fikir səsləndirib.[ii]

ABŞ-ın Cənubi Qafqaz siyasətində bu cür fərqli yanaşmalar bölgə təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq terrorizmə qarşı mübarizə konsepsiyası ilə izah edilə bilməz. Bu ikili standartdır, ABŞ-ın Cənubi Qafqaz siyasətinin zəif nöqtəsidir, işğalçıya birbaşa verilən dəstəkdir.

Newtimes.az
Hatəm Cabbarlı, siyasi elmlər doktoru

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 435

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-20 07:40:21

CƏMİYYƏT
“Qarabağ dünən və bugün” mövzusunda müz...
“Qarabağ dünən və bugün” mövzusunda müz...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...