SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: "Qondarma referendum keçirməklə Ermənistan bir daha özünü biabır edib"

2017-04-10 21:30:26

.

“Bu ilin birinci rübündə də Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olub. Ermənistan danışıqları dayandırmağa çalışır, ancaq buna nail ola bilməyəcək”.

Məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bir neçə dəfə bəyan edib ki, "status-kvo" qəbuledilməzdir: “Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib. Azərbaycan gündən-günə güclənir və bu məsələnin gec-tez ədalətli həll olunacağına əminəm.

Dağlıq Qarabağda qondarma “referendum” keçirməklə Ermənistan bir daha özünü biabır edib. Dərhal qonşular, Minsk qrupuna üzv ölkələr, Avropa İttifaqı və digər ölkələr bu “referendum”u pislədi, tanımadığını bildirdi. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini göstərmiş oldu.

Məsələnin digər uğurlu məqamı Dağlıq Qarabağa qanunsuz səfər etmiş xarici ölkə vətəndaşının Azərbaycana təhvil verilməsidir. Bu, həm bizim qanunları kobudcasına pozan şəxsə, həm də onun kimilərə dərs oldu”.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1060

QHT və MEDİA

2020-07-09 09:25:58

QHT və MEDİA
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...

130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi ...

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...