SOSİAL
A- A A+

Cocuq Mərcanlıda 1,5 milyon kv. m-dən çox ərazi yoxlanılıb

2017-04-10 08:50:08

.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.
 ANAMA-dan APA-ya verilən məlumata görə, gün ərzində 2 793 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.
 Nəticə etibarilə 71 208 kv.m ərazi (10 508 kv.m əl ilə, 13 600 kv.m mexaniki üsulla və 47 100 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
 Ümumiyyətlə, 51 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və  1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası,  1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 36 ədəd tank əleyhinə mina (12 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib. 1 518 477 kv.m ərazi (449 420 kv.m əl ilə, 431 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  524 157 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
 Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 244

QHT və MEDİA

2017-12-09 09:50:15

QHT və MEDİA
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” ...

2017-12-08 09:40:27

QHT və MEDİA
Fransalı gənclər Azərbaycana tanışlıq sə...
Fransalı gənclər Azərbaycana tanışlıq sə...

Azərbaycanın Gənclər və İdman Nazirliyinin, ölkəmizin Fransadakı səfirliyinin...

CƏMİYYƏT

2017-12-10 23:05:03

CƏMİYYƏT
Xarici media nümayəndələri Azərbaycanda ...
Xarici media nümayəndələri Azərbaycanda ...

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparı...

2017-12-07 21:05:37

CƏMİYYƏT
Şura qrant müsabiqəsi elan edib
Şura qrant müsabiqəsi elan edib

Şura sədrinin müavini Vusal Quliyev iclası açaraq gündəliyə təklif olunan “...

İQTİSADİ

2017-12-08 09:50:29

İQTİSADİ
“Azerspace-2” gələn ilin əvvəlində orbit...
“Azerspace-2” gələn ilin əvvəlində orbit...

Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace...

2017-12-04 09:40:50

İQTİSADİ
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalını...