SİYASƏT
A- A A+

Qurbanqulu Berdiməhəmmədov: Türkmənistanı və Azərbaycanı tarixi köklər, mədəni ənənələr və mənəvi dəyərlər birləşdirir

2017-04-08 10:25:43

Toplantı

Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Asiada-2017” sülh və inkişaf naminə beynəlxalq idman əməkdaşlığı” beynəlxalq konqresində iştirak etmək üçün Türkmənistanda səfərdə olan Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlunu qəbul edib.

Polad Bülbüloğlu onunla şəxsən görüşməyə razılıq verdiyinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək Türkmənistan dövlətinin başçısını Dünya Sağlamlıq Günü münasibətilə təbrik edib, Türkmənistan xalqına xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıb.

Türkmənistan Prezidenti bildirib ki, ölkələrimizi ümumi tarixi köklər, mədəni ənənələr və mənəvi dəyərlər birləşdirir. Hər iki ölkənin həm də mədəni-humanitar sahədə mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə və inkişafına yönəldilmiş addımları buna daha bir sübutdur.

Azərbaycan səfiri qeyd edib ki, Türkmənistanın bütün sahələrdə, o cümlədən idman sahəsində əldə etdiyi möhtəşəm nailiyyətlər, ölkədə yaradılmış müasir idman infrastrukturu dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun kütləvi bədən tərbiyəsi və Olimpiya Hərəkatının inkişafına göstərdiyi böyük qayğının nəticəsidir. Bu sahədə həyata keçirilən uzaqgörən siyasət Türkmənistan idmanının keyfiyyətcə yeni səviyyəyə qalxmasına kömək edəcək.

Görüşdə qapalı məkanda döyüş sənəti üzrə V Asiya Oyunlarının təşkili məsələləri müzakirə olunub. Aşqabadın “Asiada-2017” Oyunlarına ev sahibliyi etməsinin Türkmənistanın artan nüfuzundan xəbər verdiyini vurğulayan Polad Bülbüloğlu regionda analoqu olmayan ən böyük Olimpiya kompleksinin üstünlüklərindən danışıb.

Prezident Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, ölkəsi idman sahəsində regional və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır və bu istiqamətdə konkret addımlar atır. Bildirilib ki, bu günlərdə keçirilən beynəlxalq konqresi qarşıdan gələn mötəbər oyunların mühüm hazırlıq mərhələsi kimi qiymətləndirmək olar.

Türkmənistana səfər və beynəlxalq konqresdə iştiraka dəvətə görə təşəkkürünü bildirən Azərbaycan diplomatı idmanın inkişafında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Türkmənistan Prezidenti və Azərbaycan səfiri əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə, sülh və inkişaf naminə genişlənəcəyinə əminlik ifadə ediblər.(AZƏRTAC)

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 359

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...