MÜSAHİBƏ
A- A A+

ABŞ-ın tanınmış aliminin “erməni soyqırımı” iddiaları ilə bağlı elmi araşdırmaları

2015-05-18 10:20:51

ABŞ-ın tanınmış alimi: “Qondarma soyqırım iddiaları ilə bağlı ABŞ-da çıxan yazıların çoxu yalan üzərində quruldu”

ABŞ-ın tanınmış alimi, “erməni soyqırımı” iddiaları ilə bağlı elmi araşdırmaları ilə tanınan professor Justin McCarthy İstanbulda alimlər, jurnalistlər və QHT təmsilçiləri qarşısında çıxış edib.

 APA-nın məlumatına görə, o məruzə ilə çıxış edib və dinləyicilərin suallarını cavablandırıb.

 XIX əsrin əvvəllərindən etibarən Qərb missionerlərinin Osmanlı imperiyası torpaqlarında məskunlaşmış ermənilərə təlim verməyə başladıqlarını xatırladan Justin  McCarthy, bunun nəticəsində “erməni milliyyətçiliyi”nin gücləndiyini və 1890-cı ildə Hınçak Partiyasının yaradılmasıyla ermənilərin müsəlmanlara hücumlarının başladığını vurğulayıb. Gəlişmələrə paralel olaraq, Qərb ölkələrində və ABŞ-da “vəhşi Türk” obrazının da formalaşdırılmağa başlandığına diqqəti cəlb edən professor McCarthy, 1915-ci ildə cərəyan etmiş hadisələrin təbliğatının təməlinin də əvvəlcədən hazırlandığını deyib :”Daha əvvəl Osmanlı torpaqlarına “missioner” kimi göndərilən adamlar Osmanlı imperiyasının Şərq bölgələrində ermənilərin ruslarla əməkdaşlıq edərək yerli əhalini qətliama məruz qoymağa başlamasıyla “xüsusi müxbir”,”hərbi attaşe” və s. yarlıqlar altında oralarda çalışmalarına davam etdilər. Onların əsas vəzifəsi öz ölkələrinə yalan təbliğat materialları göndərmək idi. Britaniya baş naziri Lloyd George “erməni soyqırımı” təbliğatı aparmaq məqsədi ilə xüsusi büro qurmuşdu. 1915-ci ildə Orta Anadolunun bir vilayətində sadəcə 265 erməni öldüyü halda, yalan təbliğatlarda orada 6  min erməninin qətl edildiyi öz əksini tapırdı. Britaniya Xarici İşlər Nazirliyinin o vaxt hazırladığı hesabatların 91%-i təbliğat xarakteri daşıyırdı. Qərb mətbuatında çap edilmiş təxminən 3 min yazının da böyük çoxluğu  qondarma “soyqırımı” yalandan təbliğ etməyə yönəlmişdi. 1970-80-ci illərdə ASALA terror təşkilatı Türk diplomatları qətlə yetirəndə Qərb qəzetləri o barədə xəbərlər vermək yerinə 1915-ci il hadisələrinə dair yazılar çap edirdilər”- deyə amerikalı alim sözlərinə davam edib.

 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı ABŞ-da çıxan yazıların çoxunun yalan informasiyalar üzərində qurulduğunu bildirən professor McCarthy, ABŞ-da fikir və ifadə azadlığı olmasına baxmayaraq, öz kitablarını  çap etdirmək üçün illərlə  problemlər yaşadığını da vurğulayıb: “”New  York Times” qəzeti  “soyqırım” iddialarıyla bağlı ermənilərin yalan reklamlarını çap etdi, biz isə pulunu ödəməyə hazır olduğumuz halda, o qəzet 1915-ci il hadisələri ilə bağlı reklamlarımızı yaxına qoymadı”.

 Qondarma “soyqırım” iddialarıyla bağlı Türkiyədə müxtəlif mövqeləri təmsil edən kitabların çap edildiyini xatırladan Justin McCarthy, ”Türkiyədə Dadrianın kitabı çap edilə bilir, ancaq “soyqırım” iddiasının əleyhinə yazılmış hər hansı bir kitabın Ermənistanda çap edilə biləcəyinizi ağlınıza gətirirsinizmi?”- deyə çıxışını bitirib.

Qeyd edək ki, 1945-ci ildə anadan olmuş Justin McCarthy 1967-69-cu illərdə Ortadoğu Texniki Universiteti və Ankara Universitetində işləyib. İstanbuldakı Boğaziçi Universiteti obyektiv çalışmalarına görə, alimə Fəxri doktor titulu verib. Professor McCarthy qondarma “soyqırım” iddialarına qarşı 2000-ci illərin əvvəllərindən başlayaraq Türkiyənin elm və tədris ocaqlarında məruzələr etməklə yanaşı, ABŞ-da qondarma “soyqırım” iddialarına qarşı mübarizə aparan Türk qurumları ilə də yaxından əməkdaşlıq edir.

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1333

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...