MÜSAHİBƏ
A- A A+

Zahid Oruc: Ermənistan xalqı cinayətkar rejimi seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmağın mümkünsüzlüyünü anladı

2017-04-06 09:20:46

.

Ermənistanda keçirilən parlament seçkilərini ilk növbədə həmin prosesdə iştirak edən partıyaların verdikləri rəylərin əsasında qiymətləndirmək lazımdır. Bu prosesdə xalqın iradəsi heç bir rol oynamadı. Ermənistanda yaşayan insanların həyat şəraitinin çox ağır olduğu bir vəziyyətdə hər hansı ideoloji və siyasi mübarizənin özünə tərəfdarlar və ya əleyhdarlar qazandırması qeyri-mümkün idi. Demokratik parametrlər arasında bu, çox önəmli yer tutur. Əslində insanlar özlərinin maddi durumlarına, yaşayış şəraitlərinə görə elə səviyyədə olmalıdırlar ki, rəqabət prosesində çeşidli mövqelərin içərisindən özlərinə uyğun olanını tapsınlar, onun üzərində qərarlaşsınlar və sonda öz mövqelərini ifadə etsinlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Ermənistandakı mövcud rejimin son 10 ildə ölkəni ağır sosial və iqtisadi çətinliklər qarşısında qoyduğunu bildirən deputat deyib: “Hazırkı hakimiyyət iqtidardakı mövqeyini möhkəmləndirmək üçün parlament modeli adı ilə yeni konstitusion dəyişikliklərə gedərək qanunsuz bir yolu təşviq edən xəttə söykəndi. Digər bir məsələ ondan ibarət idi ki, hakim partiya qələbəsini təmin etmək üçün aralıq mərhələ qüvvələrini seçmişdi, özünə müxalif qüvvələri də süni olaraq formalaşdırmışdı. Onlar da böyük oliqarxiyanın təmsilçiləri idilər”.

Ermənistan əhalisinin böyük bir hissəsinin seçkiləri boykot etdiyini bildirən Zahid Oruc vurğulayıb ki, ölkə ictimaiyyəti bu korrupsioner, cinayətkar rejimi seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmağın mümkünsüzlüyünü bir daha anladı.

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 417

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...

2018-08-09 12:00:01

İQTİSADİ
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...

Bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün müm...