TƏDQİQATLAR
A- A A+

İşğala qarşı mübarizədə dönüş nöqtəsi

2017-04-05 10:40:44

.

Ötən ilin aprel ayında düşmənlə təmas xəttində baş vermiş hərbi əməliyyatlar ölkəmizdə və dünyada böyük rezonansa səbəb olan hadisələrdən biri kimi yadda qaldı. 
Düşmənin cəbhədə təxribat cəhdinin qarşısını alan Azərbaycan Silahlı Qüvvələri düşməni geri oturtmaqla yanaşı, əks hücuma keçərək Lələtəpə və bir neçə strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi. Aprel döyüşləri mühüm hərbi uğur olmaqla yanaşı, beynəlxalq və siyasi arenada da ciddi məsələləri üzə çıxartdı. Döyüşlərdə Azərbaycan Ordusunun inamlı qələbəsi sübut etdi ki, atəşkəs sazişinin imzalanmasından ötən dövr ərzində Azərbaycan öz ordusunu gücləndirib, ən müasir hərbi texnika, silah-sursatla təchiz edib. Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi milli dövlətçiliyin mövcudluğu təmin edilib və milli təhlükəsizlik konsepsiyası uğurla həyata keçirilib.

Məlumdur ki, Ulu Öndərin ali siyasi hakimiyyətə qayıdışı ilə ordu quruculuğu prosesi əməli olaraq icra olunmağa başlandı, hərbi təhsil, kadr sahəsində müsbət nəticələrə səbəb olmuş islahatlar reallaşdırıldı. Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu islahatların uğurla davam etdirilməsi ordumuzun daha da güclənməsini, milli hərbi sənayenin yaradılmasını stimullaşdırdı. Aprel döyüşlərində ordumuzun qələbəsi məhz həyata keçirilmiş inamlı islahatların, Silahlı Qüvvələrimizin hərbi qulluqçularının yüksək peşəkarlıqlarının və qəhrəmanlıqlarının məntiqi nəticəsidir. Qısa bir müddət, cəmi bir neçə gün davam edən döyüşlərdə düşmənin ağır məğlubiyyətə uğradılması Azərbaycan ordusunun gücünün sübutu olmaqla yanaşı, düşmənin miskinliyinin, ağır vəziyyətdə olmasının da göstəricisi sayılmalıdır. Döyüşlərdən sonra azad edilmiş torpaqlarımıza səfər müddətində düşmən əsgərlərinin yaşayış şəraiti ilə tanışlıq zamanı görünən mənzərə düşmən əsgərlərinin olduqca ağır, səfalət şəraitində xidmət etmələrinin sübutu idi. Təkcə bu fərq Ermənistanın doğma vətənimiz Azərbaycanla müharibə etmək imkanlarının mümkünsüz olduğunu açıq nümayiş etdirir. Bu fərqə şəxsi heyətin hazırlığı, silah-sursat və hərbi texnikanı da əlavə etsək, Ermənistanın müharibə etmək gücündə olmadığını görərik. Aprel döyüşlərində Azərbaycanın atəşkəs sazişindən sonra ilk dəfə işğal olunmuş torpaqlarımızın bir hissəsini azad etməsi Ermənistanda güclü ordu mifini birdəfəlik dağıtdı. Məlumdur ki, düşmən tərəf 90-cı illərin əvvəllərində Azərbaycandakı siyasi hərc-mərclikdən, xarici havadarlarının hərtərəfli dəstəyindən və mərkəzləşmiş nizami ordumuzun olmamasından istifadə edərək Dağlıq Qarabağı və ətraf rayonları işğal etmişdi. Ermənilər bunu özlərinin qüdrəti, gücü kimi erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə sırımağa çalışırdılar. Onlara iddia edirdilər ki, işğal olunmuş torpaqlarda yaratdıqları "Ohanyan xətti" sarsılmazdır və keçilməsi mümkün deyil. Ancaq Azərbaycan Silahlı Qüvvələri cəmi bir neçə saata bu mifi darmadağın etdi. Düşmən diversiyasının qarşısını alan ordumuzun əks hücumu zamanı bir neçə saata Ermənistan ordusunun müdafiə xətti dağıdıldı. Ermənistanda mövcud rejimin rəhbərləri uzun illərdir öz vətəndaşlarına və dünyaya erməni ordusunun gücü barədə əfsanələr danışmaqdan çəkinmirdilər. Ağır sosial-iqtisadi problemlərin məngənəsində yaşayan sadə ermənilər rəhbərlərinin yaratdıqları bu mifə o qədər inanırdılar ki, məruz qaldıqları çətinlikləri bununla kompensasiya etməyə çalışırdılar. Aprel döyüşləri isə bu mifin uydurma olduğunu elə ermənilərin özünə sübut etdi. "Güclü erməni ordusu"nun zabitləri qaçmaması üçün öz pulemyotçularını səngərdə zəncirləməyə məcbur olmuşdular, müdafiəsinin yarılması "mümkün olmayan" erməni ordusunun hərbi texnika və tanklarının işə salınması üçün dizel yanacağı tapılmamışdı. Bu isə düşmənin olduqca miskin durumda olduğunu açıq-aşkar sübut etdi. Ermənistan rəhbərliyi düşdüyü biabırçı vəziyyətdən ölkə ictimaiyyətinin diqqətini yayındırmaq üçün hərbi birləşmə komandirlərini, ordu rəhbərliyini dəyişdi. Ancaq bunlar terrorçu rejimi xilas edə bilməzdi. Döyüşlərdən qısa müddət sonra Ermənistanda Sərkisyana qarşı genişmiqyaslı etiraz aksiyaları başladı.

Hazırda düşmən ölkə ağır günlərini yaşamaqdadır. Erməni cəmiyyətinin böyük bir hissəsi bu qənaətdədir ki, ölkənin düşdüyü belə ağır vəziyyətin səbəblərindən biri də Azərbaycan ərazilərinin işğal edilməsidir. Onlara görə bu işğal Ermənistanı normal inkişafdan məhrum edib və ölkənin demək olar ki, artıq müstəqil dövlət kimi mövcudluğu da sual altındadır.

Aprel döyüşləri Azərbaycanın dövlət kimi gücünü bir daha ortaya qoydu. Ölkə hakimiyyətinin bütün sahələrdə həyata keçirdiyi islahatların nəticəsi olaraq Azərbaycan bugün regionun lider dövləti statusunu daşıyır və gündən-günə öz qüdrətini artırır. Aprel döyüşləri eyni zamanda xalqın həmrəyliyinin böyük formada nümayişi ilə yaddaşlara həkk olundu. Döyüşlərin başlanmasından keçən qısa müddətdə, cəmi bir neçə saata on minlərlə vətəndaşımız işğal olunmuş torpaqların azad edilməsi uğrunda savaşa qoşulmaq üçün müvafiq qurumlara üz tutdular. Həmçinin, xalqımız ordu, dövlət ilə həmrəyliyini göstərərək cəbhə bölgəsinə, şəhidlərin dəfn mərasimlərinə axışdı. Bu xalqın öz dövlətinə, ordusuna və ölkə rəhbərinə olan inamının, sədaqətinin göstərişi idi. Azərbaycan xalqı qəhrəman xalq olduğunu, çətin gündə vətəni uğrunda hər şeyə hazır olmaq cəsarətinə sahib olduğunu bir daha nümayiş etdirdi. Aprel döyüşləri digər tərəfdən Azərbaycanın ötən dövrdə uğurlu xarici siyasət yeritdiyini göstərdi. Döyüşlər zamanı beynəlxalq təşkilatlar, xarici ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları barədə bəyanatlar verdilər. Hətta Ermənistanın müttəfiqləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqındakı tərəfdaşları belə, bu işğalçı dövləti dəstəkləməkdən imtina etdilər. Ermənistanla eyni hərbi-siyasi və iqtisadi blokda olan Qazaxıstan və Belarus açıq formada Azərbaycanı dəstəkləyərək ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bildirdilər. Hətta Ermənistanın hamisi, bu ölkəni özünün müstəmləkəsi statusunda saxlayan Rusiya da forpostuna açıq dəstək verə bilmədi. Bu isə erməni ictimaiyyətində ciddi suallar doğurdu. Bütün bunlar Azərbaycan rəhbərliyinin uğurlu xarici siyasətinin nəticəsi idi. Ermənistandan fərqli olaraq, Azərbaycan dünyanın bütün dövlətləri ilə dost və tərəfdaşlıq münasibətləri qurub,  balanslaşdırılmış xarici siyasət həyata keçirərək xarici ölkələrlə qarşılıqlı faydalı partnyorluq edir. Bu siyasətin nəticəsidir ki, bugün dünyada Azərbaycan sülhpərvər, tolerant ölkə kimi tanınır və hər cəhətdən böyük nüfuz qazanıb.

Respublikamızın müvafiq dövlət qurumları, ölkə ictimaiyyəti Aprel döyüşləri zamanı maksimum səviyyədə peşəkarlıq və həmrəylik nümayiş etdirdilər. Şəhidlərimiz layiqli dəfn mərasimləri ilə son mənzilə yola salındı. Qeyd edək ki, çoxsaylı itkilərini cəmiyyətdən gizlədən Ermənistan hakimiyyətinin addımı ölkədə böyük ajiotaja səbəb oldu. Ermənistan rəhbərliyi cəbhədəki ağır itkilərin sayını və cəsədləri gizlətməklə öz vətəndaşına və hərbçisinə zərrə qədər də hörmət etmədiyini "etiraf" etdi. Azərbaycanda isə şəhidlərin dəfnində əsl izdiham yaşandı, xalqımız şəhidlərimizə qəlbən, ruhən sahib çıxdı. Qeyd edək ki, Azərbaycan dövlətinin və xalqının qəhrəman şəhidlərini belə dəfn etməsi, təntənəli mərasimlərin təşkili düşmən ölkəyə ikinci şoku yaşatmışdı. Erməni cəmiyyəti bir daha gördü ki, Azərbaycan xalqı vətən torpağı uğrunda şəhid verməyi ölümsüzlük, qəhrəmanlıq hesab edir. Məlum döyüşlərdən sonra bütün ölkə ictimaiyyəti və dövlət strukturları cəbhə bölgəsinə və şəhid ailələrinə baş çəkməyi onların problemlərini həll etməyi əsas vəzifə hesab etdilər. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində şəhidlərin dəfni müvafiq strukturlar tərəfindən yüksək səviyyədə həyata keçirildi. Həmçinin, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva şəhid ailələrinin üzvləri ilə görüşərək onların problemləri ilə maraqlandı, onların dövlətin diqqət mərkəzində olduqlarını nəzərə çatdırdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Xidmətin yüksək rütbəli zabitlərindən və hərbi vətənpərvərlik təbliğatı və veteranlarla iş sahəsində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrindən ibarət qruplar şəhidlərin hamısının dəfn mərasimlərinə qatıldılar.

Aprel döyüşləri Azərbaycan dövlətinin və xalqının tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu yenidən sübut etdi. İnanırıq ki, işğal edilmiş torpaqlarımız bu cür addımlar sayəsində tezliklə azad ediləcək, üçrəngli bayrağımız Xankəndində, Şuşada və azad ediləcək rayonlarımızda dalğalanacaq. 
Emin HƏSƏNLİ
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 223

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...