SİYASƏT
A- A A+

Laçın rayonunun işğal olunmasından 23 il ötür

2015-05-18 09:50:17

İşğal vaxtı 58 min 736 nəfər laçınlı öz doğma torpağından didərgin düşüb

İyirmi uç ildir ki, 70 mindən artıq laçınlı respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. 

Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. 

İşğaldan qabaq rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olub, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. 

Hazırda rayon başdan başa xarabalıq içindədir. Erməni işğalı nəticəsində 13 min 745 yaşayış evi qarət edilərək yandırılıb, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalıb, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan düşmən əlinə keçib. 

İşğal vaxtı 58 min 736 nəfər laçınlı öz doğma torpağından didərgin düşüb. Hazırda 72 mindən çox laçınlı məcburi köçkün həyatı yaşayır. 

Qarabağ müharibəsində Laçının 238 övladı şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

İyirmi üç il məcburi köçkün həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, işğal altındakı Laçın düşmən tapdağından azad ediləcək.


Kateqoriya : SİYASƏT Baxış sayı : 972

QHT və MEDİA

2019-01-22 09:05:43

QHT və MEDİA
Ermənilərlə barış planı necə ola bilər?...
Ermənilərlə barış planı necə ola bilər?...

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana ...

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

CƏMİYYƏT

2019-01-22 20:20:14

CƏMİYYƏT
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə...

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

İQTİSADİ

2019-01-22 18:40:25

İQTİSADİ
"Azərbaycan inkişaf strategiyasını beynə...
"Azərbaycan inkişaf strategiyasını beynə...

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prez...

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...