SİYASƏT
A- A A+

Xocalı soyqırımı Buxenvaldda yad edildi

2015-05-18 09:35:28

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan Tələbə Şəbəkəsi (ASN) tərəfindən növbəti tədbir mayın 16-da İkinci Dünya müharibəsi dövründə nasistlərə məxsus olmuş Buxenvald (Buchenwald) düşərgəsində keçirilib.

Tədbirdə Azərbaycan, İspaniya, Nigeriya, Hindistan, Pakistan, Fransa, Qazaxıstan, Özbəkistan, İran və Slovakiyadan olan tələbələr iştirak ediblər.

Faşistlər tərəfindən törədilmiş amansız cinayətlərlə tanışlıqdan sonra düşərgənin həyətində tələbələrlə müzakirələr təşkil olunub. Tələbələrə “soyqırımı” anlayışının hüquqi və siyasi tərəfləri haqqında məlumat verilib, həmçinin XX əsrdə erməni hərbi birləşmələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının hüquqi əsasları haqqında danışılıb.

ASN-in fəal üzvü Ülkər Vəlizadə iştirakçılara ermənilərin insanlığa yaraşmayan cinayətləri barədə ətraflı məlumat verib, Xocalıda yüzlərlə insanı xüsusi amansızlıqlarla qətlə yetirmiş cinayətkarların hələ də cəzasız qaldıqlarını bildirib. Höttingen Universitetində təhsil alan fransalı tələbə Alix de Narbonne ölkəsində insanların Xocalı soyqırımı haqqında az məlumata malik olduqlarını təssüflə qeyd edib. Slovakiyalı tələbə Matus Sivacek isə ölkəsində Xocalı soyqırımı haqqında həqiqətlərin daha çox insana çatdırılması üçün ASN-ə kömək edəcəyinə söz verib.

Sonra tələbələrə Xocalıya aid kitablar və məlumat vərəqələri təqdim edilib.

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1279

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...