MƏDƏNİ
A- A A+

Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş kitab işıq üzü görüb

2017-04-03 08:55:14

.

 

Jurnalist Aida Eyvazlı Göytürkün aprel döyüşləri zamanı həlak olmuş şəhidlərimizin xatirəsinə həsr etdiyi “Qalibiyyət- şahidlər və şəhidlər” kitabının birinci cildi işıq üzü görüb.

Kitab Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” – sözləri ilə başlayır.

Müəllifin bir il müddətində ərsəyə gətirdiyi kitabda aprel döyüşlərində şəhid olmuş 45 qəhrəman oğlumuzun həyat salnaməsi əksini tapıb. Kitaba “Ön söz”ü Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid yazıb. Azərbaycanın 25 illik müstəqilliyi dövründə yazılan ilk qələbə müjdəli kitabda, həm də Vətənimizin döyüş tarixindən, türk dünyasının qəhrəmanları barəsində tarixi faktlar yer alıb. “ÇapArt” nəşriyyat evinin mətbəəsində 500 tirajla nəfis şəkildə çap olunan 436 səhifədən ibarət kitab şəhidlərimizin ömür yolu, həyat hekayətləri, onların dostlarının, doğmalarının xatirələri əsasında yazılıb.

Kitabda, eyni zamanda, Lələtəpə, Seysulan, Talış yüksəkliyi barədə maraqlı xatirələr, o döyüşləri və qələbə anını əks etdirən məqamlar, aprel döyüşlərinin dünyada doğurtduğu əks-səda öz əksini tapıb.

Həmçinin, nəşrdə müəllifin özünün çəkdiyi fotoşəkillər və şəhidlərin həyatından bəhs edən fotolar da verilib. Hazırda kitabın ikinci cildi üzərində iş gedir.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 581

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...