SOSİAL
A- A A+

Azərbaycanlılara qarşı törədilən soyqırımları əlyazmalarda

2017-03-31 21:05:01

.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları əlyazma qaynaqlarında” mövzusunda elmi sessiya keçirilib. 
İnstitutdan AzərTAc-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə institut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov bu faciənin heç zaman unudulmayacağını söyləyib.
İnstitutun baş elmi işçisi, tarix elmləri doktoru Tahirə Həsənzadə “Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları tarixi mənbələrdə” mövzunda məruzə ilə çıxış edib. O, Heredotun köçəri adlandırdığı erməniləri Qafqazda, İranda, Türkiyədə dəfələrlə türk xalqına qarşı ən qəddar cinayətkar əməllərə əl atdıqlarını qeyd edib.
Professor Kamandar Şərifov “Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə еrməni-müsəlman davası” əsərində erməni vəhşilikləri” mövzusunda məruzəsində sovet dövründən erməni vəhşilikləri haqqında əsərlərin çapının mümkün olmadığını nəzərə çatdırıb, yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra arxivlərdə saxlanılan həmin əsərlərin işıq üzü gördüyünü bildirib.
Filologiya üzrə fəlsəfə doktoru Yusif Bağırov “Üzeyir Hacıbəylinin publisistikasında mart soyqırımı” məruzəsində Üzeyir Hacıbəylinin 1918-ci ilədək əsasən felyeton yaradıcılığı ilə məşğul olsa da, həmin il Cümhuriyyətin rəsmi qəzetində ciddi siyasi yazılarla çıxış etdiyini diqqətə çatdırıb.
Sonda elmi sessiyanın materiallarının kitab halında çap edilməsi təklif olunub.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 418

QHT və MEDİA

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

2019-02-16 09:25:20

QHT və MEDİA
Xocalı soyqırımının qurbanları Türkiyəni...
Xocalı soyqırımının qurbanları Türkiyəni...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri...

CƏMİYYƏT

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

2019-02-14 16:25:23

CƏMİYYƏT
Əcnəbi media Xocalıdan yazdı
Əcnəbi media Xocalıdan yazdı

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləd...

İQTİSADİ

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...

2019-02-12 20:05:39

İQTİSADİ
Qocaman neftçinin 90 illik yubileyi
Qocaman neftçinin 90 illik yubileyi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentin...