MÜSAHİBƏ
A- A A+

Aprel döyüşləri ordumuzun düşmənlə müqayisədə böyük üstünlüyünü nümayiş etdirdi

2017-03-31 09:15:08

.

Aprel döyüşləri son illər Silahlı Qüvvələrimizdə aparılan genişmiqyaslı işlərin uğurlu nəticələrini inandırıcı şəkildə göstərdi, ordumuzun işğalçı düşmənlə müqayisədə böyük hərbi-psixoloji üstünlüyə malik olduğunu nümayiş etdirdi.

Bu fikri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, müharibə veteranı Əzizağa Qəni-zadə səsləndirib.

Ə.Qəni-zadə deyib ki, Qarabağ cəbhəsində 24 illik status-kvonu dəyişdirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2016-cı ilin aprelində keçirdiyi əks-həmlə əməliyyatlarının nəticələri, xüsusən aprel döyüşlərindən sonra düşmənin itirilmiş strateji yüksəklikləri geri qayıtmaq cəhdlərinin qarşısının alınması ölkəmizin mövqeyini beynəlxalq aləmdə əsaslı şəkildə gücləndirib. Silahlı Qüvvələrimizin qısamüddətli effektiv əks-hücumlarının yaratdığı güclü rezonans bütün dünyaya real durumun əsl mahiyyətini dəqiq anlatdı və aparılan uğurlu əməliyyatlarla işğal altında olan ərazilərimizi azad etməyə qadir olduğumuzu bir daha sübuta yetirdi. Ermənistan artıq hərbi-siyasi iflasın son mərhələsinə qədəm qoyduğunu anlayır, təcavüzkar ölkənin vətəndaşları isə Qarabağın heç vaxt onların olmayacağını dərk edirlər.

Ehtiyatda olan polkovnik qeyd edib ki, aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Qarabağda - işğal olunmuş torpaqlarımızda bütün cəbhə boyu hücuma keçməsi və layiqli cavabını alaraq geri oturdulması, çoxsaylı itkilərə məruz qalması, işğal altındakı Lələtəpə yüksəkliyinin və bir sıra digər strateji yüksəkliklərin düşməndən azad olunması Azərbaycan ictimaiyyətində, həmçinin gündən-günə güclənən ordumuzun şəxsi heyətində böyük ruh yüksəkliyi yaratdı. Bu qələbə göstərdi ki, müzəffər Azərbaycan Ordusu düşmənə nəinki tutarlı cavabı verməyə, hətta onu çox ağır itkiyə uğradaraq işğal altındakı ərazilərimizi azad etməyə qadirdir. Belə ki, igid əsgərlərimiz ermənilərin çoxlu sayda ağır texnikasını, eləcə də yüzlərlə canlı qüvvəsini məhv edərək, düşmən caynağında olan strateji yüksəklikləri nəzarətə götürdü.

“Aprel döyüşləri bir daha təsdiqlədi ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Azərbaycan güclü dövlətdir, onun güclü ordusu vardır”. Bu gün ölkəmizdə güclü nizami ordu qurulub. Silahlı Qüvvələrimiz müasir texnika, hərbi sursatla təchiz olunub və regionun ən güclü ordusuna çevrilib. Xalqımız əmindir ki, Azərbaycan Ordusu işğal altındakı bütün torpaqlarımızı düşməndən təmizləyəcək, apreldə qazanılmış qələbələri davam etdirərək üçrəngli bayrağımızı Qarabağın hər guşəsində dalğalandıracaq”, - deyə polkovnik Ə.Qənizadə bildirib.

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 196

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...