TƏDQİQATLAR
A- A A+

Həqiqətin dəyişməyən üzü

2017-03-31 01:00:04

Hər il olduğu kimi bu il də xalqımız 31 Mart Azərbaycanlıların Soyqırımı Gününü dərin hüznlə yad edir

 Bu son dərəcə mühüm tarixi hadisələrə ilk dəfə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra 1998-ci ildə mart ayının 26-da xüsusi fərmanla siyasi qiymət verdi. Və bununla da ermənilərin azərbaycanlılara qarşı ötən əsrin müxtəlif dönəmlərində yürütdükləri soyqırımı siyasətinə ümumxalq etirazını dövlət səviyyəsində qaldırmış oldu.

28 mart 2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyevində "31 Mart Azərbaycanlılarısoyqırımı Günü" münasibətilə Azərbaycan xalqına müraciəti olmuşdur. Bundan sonra tarixçilərimiz tərəfindəqanlı-qadalı faciələrbarədə tarixi araşdırmalara başlanıldı, kifayəqədəyerli və xarici arxivlərdəmateriallar və arxeoloji qazıntılar aparılaraq dəlil sübutlar üzə çıxarıldı. Bmövzuda elmi konfranslar, simpoziumlar keçirildi. Beynəlxalq səviyyəli tədbirlərə əcnəbi tarixçi-alimlər, yazarlar və jurnalistlər də qatıldılar.
Dünyada azərbaycanlıları vəhşi kimi qələmə verən ermənilər öz həqiqi vəhşiliklərini gizlədə bilmədilər.

Qeyd etdiyimiz kimi, xalqımıza qarşı ermənilətərəfindətörədiləbu tarixi cinayətləbarədə aparılan qiymətli araşdırmalar sırasında bir maraqlı təkrarsıaraşdırmada var. Bu “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, UNUDULMAYAN TARİX” adlı kitabdır. Həmin kitab eyni zamanda tarixi faciələrimizin tədqiqinə daha bir dəyərli,sanballı sənəd kimi dəyərləndirilməlidir.
Çünki, bu kitabın ərsəyə gəlməsində müəllif  Əkrəm Bəydəmirli publisist-jurnalist olmasına baxmayaraq elə tarixçi –alim səviyyəsində çox maraqlı bir sənədi fakt olaraq dünya ictimaiyyəti qarşısına çıxarmışdır. Doğrudur, 
sözügedən həmin sənədli kitab Azərbaycan dilində 2015-ci ildə və eyni adda 2016-cı ilin sonunda isə ingilis dilində “THE EVENTS OF 1918: DİED WİTNESSESS,UNFORGETTABLE HİSTORY”adı ilə işıq üzü görmüşdür. Amma kitabın ikinci nəşri təbii zərurətdən doğduğundan ingilisdilli oxucu kütləsi soyqırım hadisələrini öz gözləri ilə görən və ya həmin hadisələrdə yaxın əzizlərini itirən şahidlərin müəllifə verdikləri müsahibələrlə ilk dəfə tanış olur.
Mövzu baxımından həmişə gündəmdə olan və maraqla oxunan bu sənədli əsərin maraq özəlliyi də məhz bundadır. Həmin şahidlərin bəziləri çox ahıl yaşda, xəstə olduğundan və ömürlərinin son günlərini yaşadıqlarından müəllif Əkrəm Bəydəmirli çox çətinliklə də olsa bu fütsəti əldən verməyərək onların səsini lentə almış, şəxsiyyət vəsiqələrinin surətini və foto şəkillərini kitab vasitəsilə öz oxucusuna təqdim etmişdir. Bundan başqa mart soyqırımı hadisələrinin baş verdiyi bölgələrə gedərək o yerlərdə kütləvi insan cəsədləri qalıqlarının fotolarını, faciə qurbanlarının bir qisminin kimliyi bilinən foto- şəkilləri, məzarlıqlar və sair də oxucular üçün maraq doğuran materiallardır.

Kitabda həmçinin prezident İlham Əliyevin və xanımı vitse-prezident Mehriban Əliyevanın Qubada yaradılan Soyqırım Memorial Kompleksini ziyarət etmələri şəklinin də yer alması, bu böyük tarixi faciənin yad edildiyi gündə də dövlət başçısının öz xalqı ilə bir yerdə olmasını əyani əks etdirib. Söz yox ki, hər bir yaşda olan vətəndaşımız öz kimliyini, keçmişini, dostunu və düşmənini yaxşı tanımalıdır. Ancaq bütün bunlarla yanaşı unutmamalıyıq ki, məkrli düşmən bu gün də Azərbaycanımızın 20 faiz torpaqlarını işğalda saxlayır və hərtərəfli təxribatlar törədir.
Belə bir vaxtda Prezidentimizin yürütdüyü siyasətə, ordumuzun gücünə dəstək olmaq məqsədilə hər birimiz Vətən üçün əlimizdən gələni etməyə borcluyuq. Bu mənada ermənilərin ideoloji və informasiya savaşına biz də daima dünyanın hər yerində layiqincə cavab verməliyik. Artıq bu missiyanı yerinə yetirənlərin ordusu günü-gündən genişlənməkdədir.
Bu orduya cəsarətlə qoşulanlardan biri də jurnalist-publisist Əkrəm Bəydəmirlidir.
Onun yaradıcılığının mühüm  sahəsi hesab etdiyimiz “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər,UNUDULMAYAN TARİX” kitabının ingiliscə olan variantı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni millətçilərinin ifşası istiqamətində görülən işlərə təkan verib. Bu sənəddən xaricdə yaşayan həmvətənlərimiz, ölkəmizə gələn əcnəbi qonaqlar və hətta ingilis dilində öz tariximizi öyrənməyə maraq göstərən şagird və tələbələr də istifadə edə bilərlər.
Yəqin ki, ilkin mərhələdə az sayda buraxılmış hər iki dildə olan bu kitabın gələcəkdə oxucu marağına görə tirajı artacağı şübhəsizdir. Sonda bir də onu deyək ki, haqqında bəhs etdiyimiz kitabın ingilis dilində beynəlxalq ictimaiyyət qarşısına çıxmasının, həqiqətin dəyişməyən üzünü nümayiş etdirməsinin özü bir uğurdur. Buna görə də qələmi ilə silahlanmış qələm dostumuz
Əkrəm Bəydəmirliyə bundan sonra da fəaliyyətində uğurlar diləyirik.

Şahnaz  Azərtürk

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 779

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...