SİYASƏT
A- A A+

Fransa prezidentlərin görüşünü öz ərazisində təşkil etməyə hazırdır

2017-03-29 10:15:26

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü öz ərazisində təşkil etməyə hazırdır

APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti bu gün Xankəndidə həmsədrlərin separatçıların başçısı Bako Saakyanla görüşündə deyib.
 Yüksək səviyyədə görüşün mümkünlüyünə dair suala fransalı diplomatın cavabı belə olub: “Müvafiq şərait yarandıqda görüş, əlbəttə ki, baş tutacaq. Görüş Fransada keçirilə bilər. Biz görüşün Fransa ərazisində təşkil etməyə hazır olduğumuzu bildirmişik. Əsas görüşün məhsuldar olmasıdır”.
 Diplomat atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edib: “Biz ilk növbədə istərdik ki atəşkəsin pozulması hallarına yol verilməsin. Bu çox vacibdir. Əks təqdirdə danışıqları necə aparmaq olar? Eyni zamanda da irəliləmək də lazımdır”.  
 “Əməkdaşlığımıza gəlincə isə, qeyd etmək istərdim ki, proses gedir. Bunu hamı müşahidə edə bilmir, bu hamıya məlum deyil. Əlbəttə ki, biz detalları açıqlaya bilmərik, danışıqlar konfidensial şəkildə aparılır. Lakin bu o demək deyil ki, heç nə edilmir. Mürəkkəb prosesdir, siz bunu çox yaxşı anlayırsınız. Eyni zamanda aramızdakı, prezidentlər arasında dialoq çox dolğundur və məzmunludur”, - deyə diplomat bildirib.  
 Stefan Viskonti bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə Fransa prezidenti ilə görüşdüklərini xatırladaraq, onlar arasında münaqişənin nizamlanmasına dair  geniş və intensiv danışıqların aparıldığını qeyd edib. 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 724

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...