QHT və MEDİA
A- A A+

Azərbaycanlı alimin Almaniyada kitabı çıxdı

2017-03-29 10:05:41

.

Milli Məclisin Aqrar-siyasət komitəsinin sədr müavini, Kooperasiya Universitenin rektoru Eldar Quliyevin Almaniyada “Global Food Security” (Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspevtiklər) adlı kitabı nəşr edilib.
E. Quliyev Modern.az-a açıqlamasında bildirib ki, kitabın üzərində 3 ilə yaxın işləyib.
  
“Bu kitab yalnız Azərbaycan üçün deyil. Kitab sırf dünyadakı ərzaq təhlükəsizliyi ilə bağlıdır. Burada dünyada baş verən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, qida çatışmazlığı, dünya əhalisinin ərzaq təchizatı ilə bağlı hazırki vəziyyət, dünya ölkələrində aclığa qarşı mübarizə, G-20-nin və Böyük 8-liyin bu məsələlərlə bağlı qərar və tövsiyələri, BMT-nin bu sahədə apardığı işlər və s. kimi məqamlar öz əksini tapıb.  Torpaqdan səmərəli istifadə edilməsi, məhsuldarlığın artırılması, yeni toxum növlərinin yetişdirilməsi kimi problemlərə də toxunulub”.
 Eyni zamanda azərbaycanlı alim kitabda müəyyən təkliflərlə də çıxış edib. Oun təklifləri nəzərə alınarsa, bundan bütün dünya yararlana bilər.
“Hazırda dünyada 1 milyarda yaxın insan aclıqdan əziyyət çəkir.  Xüsusən Afrika, Cənubi Amerika, Yaxın Şərqdə belə hallar geniş miqyas alıb. Somali, Liviya, Suriya, Yəmən kimi ölkələrdə bu sahədə vəziyyət acınacaqlıdır. Yaxın Şərqdə baş verən son olaylar, müharibələr, terror hadisələri, insanların qaçqın və köçkün şəraitində yaşamaları dünyanı ərzaq təhlükəsizliyi ilə bağlı təhdid edən məsələlərdir və bunlara kitabda geniş yer verilib”.
 Müəllif bildirir ki, bu gün bir çox ölkələrdə hər şey normal olsa da, dünya səviyyəsində ərzaq təhlükəsizliyi ilə bağlı baş verəcək problemlər həmin ölkələrə də birmənalı olaraq təsir edəcək: “Hər bir ölkə bu vəziyyətdən zərər çəkəcək. Kitabda bu kimi çox vacib məsələlər araşdırlıb”.
 Bu kitabın nədən ilk olaraq xarici dildə çap edilməsinə gəlincə, deputat bildirib ki, ərzaq təhlükəsizliyi yalnız Azərbaycanla bağlı məsələ deyil.
 “Hətta mən deyərdim ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu kimi məsələlərdə daha  üzüağdır. Bizdə ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur. Məsələ ölkə rəhbərliyinin diqqətindədir.
 Ancaq ərzaq təhlükəsizliyi bütün dünyanın problemidir. Kitabda həmçinin 2008-ci ildə dünyada baş verən maliyyə böhranı da yer alıb. Maliyyə böhranından insanlar çıxa bilər, amma burda aclıq daha ciddi təhlükədir. Və bu durum insanların daha çox xəstəliklərə düçar olmasına gətirib çıxarır. Ona görə də biz bunu qlobal miqyaslı təhlükə mənbəyi hesab edirik”.
 Kitabın təqdimatına toxunan rektor bildirib ki, təqdimat bu ilin yayında Almaniyada olacaq.
 “Sentyabr-oktyabr aylarında isə kitab Azərbaycan dilində çap ediləcək və bakıda təqdimatı keçiriləcək. Kitaba xüsusu grift (İSBN978-3-96014-246-1) alınıb.
 Kitab 1000 nüsxədə çıxıb. İlk olaraq Avropa və ABŞ-da elmi kitabxanalara paylanacaq və online satışda olacaq.
Almaniyanın Cologne şəhərində işıq üzü görən kitaba bu ölkənin Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti və Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının prezidenti Heyrəddin İvgin müsbət rəy veriblər. Almaniyalı professor Hermann Larinin kitabla bağlı müsbət rəyi var. 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 504

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...