QHT və MEDİA
A- A A+

“Moment istinı” qəzetinin Azərbaycanın müasir ictimai-siyasi həyatına dair xüsusi buraxılışı işıq üzü görüb

2017-03-28 09:35:24

.

Rusiyanın Novosibirsk Vilayət Jurnalistlər İttifaqının orqanı olan “Moment istinı” qəzeti Novruz bayramı ərəfəsində növbəti nömrəsini bütövlükdə Azərbaycan Respublikasına həsr edib. Qəzetin birinci səhifəsində “Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub” sərlövhəli məqalə dərc edilib.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və dövlətçilik tarixində baş vermiş bu əlamətdar hadisə uzaq Sibirdə yaşayan tanınmış rus politoloqlarının diqqətini cəlb edib, xalqımızı və Vətənimizi sevən həmin siyasət xadimləri bu təyinatı yüksək qiymətləndirib, öz fikirlərini oxucularla bölüşüblər. Məşhur politoloq Sergey Markov öz fikirlərini belə ifadə edib: “Zənnimcə, Mehriban Əliyeva çox haqlı olaraq bu yüksək vəzifəyə təyin olunub. Biz – Rusiyanın ictimai-siyasi xadimləri qeyd edirik ki, bu hadisə təkcə Azərbaycanda deyil, Rusiyada da yüksək qiymətləndirilib”.
Siyasətçi Oleq Kuznetsov isə ümidvar olduğunu bildirib ki, Mehriban xanım Əliyevanın bu yüksək vəzifəyə təyinatı Azərbaycanın daxili və xarici siyasətində öz bəhrəsini verəcək.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev birinci xanım Mehriban Əliyevanın Azərbaycanın sosial, ictimai, siyasi, mədəni həyatında, bütövlükdə Şərq aləmində yüksək nüfuza malik olduğunu geniş şərh edib.
Qəzetin dördüncü səhifəsində dərc olunan “Mehriban Əliyevanı Azərbaycan xalqı çox sevir” adlı geniş yazıda MDB ölkələri üzrə ekspert Arkadi Dubnov Mehriban Əliyevanın iş üslubunda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi gedişlərinin cizgilərini şərh edib. Qəzetdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin və TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinin müxtəlif məqamlarından söhbət açaraq birinci xanımın Azərbaycanın inkişafı üçün bundan sonra da çox iş görəcəyini vurğulayırlar.
Qəzetin doqquzuncu səhifəsində isə şair-publisist Mirkazım Seyidovun Mehriban Əliyevaya həsr etdiyi “Birinci xanım” adlı poemadan parçalar verilib. Həmçinin qəzetdə Novosibirsk Vilayət Jurnalistlər İttifaqının sədri Andrey Selnokovun Mirkazım Seyidovla geniş müsahibəsi dərc edilib. Müsahibədə müstəqil Azərbaycanın müasir ictimai-siyasi həyatının bugünkü mənzərəsi şərh edilməklə ölkəmizin daxili və xarici siyasətində Prezident İlham Əliyevin böyük quruculuq fəaliyyəti ətraflı təhlil olunub.
Qəzetdəki irihəcmli yazılardan biri də ulu öndər Heydər Əliyevin müasir milli siyasətinin geniş şərhinə həsr edilib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun bu mövzu ilə bağlı əsərlərinin elmi şərhini M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun məzunu, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov verib. Məqalədə ulu öndər Heydər Əliyevin 1993-2003-cü illər ərzində Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və möhkəmlənməsi istiqamətində həyata keçirdiyi siyasətin vacib aspektləri öz əksini tapıb.
Qəzetdə, həmçinin Xocalı soyqırımının 25 illiyindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib, Ermənistanın işğalçılıq siyasəti pislənilib, bu hadisə rus və Azərbaycan politoloqları tərəfindən araşdırılaraq Azərbaycanın ərazi bütövlüyünün vacibliyi vurğulanıb.
İyirmi səhifəlik, yüksək tirajla rəngli çap olunan qəzetdə Rusiya oxucuları üçün Azərbaycanın müasir həyatı haqqında geniş məlumat verilir.(AZƏRTAC)

   

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 611

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...