MƏDƏNİ
A- A A+

“The Jewish Chronicle”: Azərbaycan dinc birgəyaşayışın modeli kimi

2017-03-27 09:15:04

Amerikanın “The Jewish Chronicle” qəzetində “Azərbaycan dinc birgəyaşayışın modeli kimi” sərlövhəli məqalə dərc edilib

Məqalənin müəllifi Marşa Bronştayn yazır ki, o, keçən həftə “Salaam Şalom Qardaşlığı” təşkilatının sponsorluğu ilə yəhudi-müsəlman qadın nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olub. Səfər üçün Azərbaycan ona görə seçilib ki, bu müsəlman ölkəsində bütün dinlərə hörmətlə yanaşılır.

Nümayəndə heyəti Azərbaycanda dövlət və hökumət nümayəndələri, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə görüşüb. Görüşlər zamanı müxtəlif məsələlər, o cümlədən ölkəmizdə qadınların iqtisadi və sosial şəraiti, müxtəlif dinlərin nümayəndələrinin birlikdə yanaşı yaşaması, enerji sektorunun inkişafı, Azərbaycan ilə Yaxın Şərq ölkələri arasında münasibətlər, regional təhlükəsizlik, təhsil və s. müzakirə edilib. Qonaqlar, həmçinin “ADA” Universitetində olublar.

Nümayəndə heyətinin üzvləri ölkəmizdə bir sıra məscid, sinaqoq və kilsələrdə, həmçinin qədim “Atəşgah” məbədində olublar. Onlar Cümə məscidində ibadətdə iştirak edib, yəhudi və müsəlman dualarının oxunduğu qəbiristanlığa və digər mədəni obyektlərə gediblər.

Məqalədə M.Bronştayn Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində söylədiyi nitqdən sitat gətirərək yazır: “Multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar”.

 Sonda müəllif qeyd edir ki, Azərbaycan müasir dünyada dinc birgəyaşayışın nümunəsidir. Azərbaycan Birləşmiş Ştatların və İsrailin strateji tərəfdaşıdır. Ölkəmiz regionun enerji təhlükəsizliyinə böyük töhfə verir, dini plüralizmin tarixini və antisemitizmin olmamasını dəstəkləyir. (AZƏRTAC)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 484

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...