SİYASƏT
A- A A+

Erməni terrorunun qurbanı olmuş Behbud Xan Cavanşir İstanbulda anılıb

2017-03-27 08:30:19

.

İstanbul Türk Ocağında erməni terrorunun qurbanı olmuş Azərbaycanın daxili işlər naziri Behbud Xan Cavanşirin 140 illik yubileyi ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva bu mövzu ilə bağlı geniş mərizə ilə çıxış edib.

 Tədbirin açılışında çıxış edən İstanbul Türk Ocaklarının rəhbəri Cezmi Bayram erməni terrorunun qurbanı olmuş Behbud Xan Cavanşirin 140 illik yubileyi ilə bağlı millət vəkili, siyası elmlər doktoru Qənirə Paşayevanın təşəbbüslə çıxış etdiyini və Türk Ocakları olaraq  bu tədbiri təşkil etməyi özlərinə borc bildiklərini vurğulayıb. O, bildirib ki, gənc nəsillərimizin ortaq tariximizi və böyük aydınlarımızı yaxın tanıması istiqamətində tədbirlər bundan sonra da davam edəcək.

 Erməni terrorunun tarixi, erməni terror təşkilatlarının tarix boyunca insanımıza qarşı törətdiyi terror aktları, gerçəkliklərin dünyaya daha da geniş çatdırmamız üçün görüşlməsi vacib işlərdən danışan araşdırmaçı-yazar Aygün Həsənoğlu Behbud xan Cavanşirlə bərabər erməni terrorunun hədəfində olmuş digər türk aydınları ilə də bağlı geniş məlumatlar verib.

ProfessorFethiGedikliBehbudXanCavanşirinerməniterrortəşkilatı Daşnaksutunun üzvü MisakTorlokyantərəfindənqətlə yetirilməsi, qatilincəzaalmaması üçüningilislərinqurduğuməhkəməninböyük ədalətsizlikləri, cinayətkarınqaçırılması barədə danışaraqhəminməhkəmə prosesiniizləmiş AhmetCemalleddinadlı jurnalistinyazdığı kitabı illərsonrataparaqyenidənnəşretdiklərinideyibvə gerçəkliklərinbütündünyayadahageniş yayılmasınınvacibliyinixüsusivurğulayıb.

Tədbirdə çıxış edən Q. Paşayeva bildirib ki Azərbaycanın və Türk dünyasının dəyərli dövlət adamı və aydını Behbud Xan Cavanşiri gənc nəsillərimizin yaxından tanıması önəmlidir və onun 140 illik yubileyi ərəfəsində bütün Türk dünyasında bu istqimətdə tədbirlərin artmasına böyük ehtiyac var. Behbud Xan Cavanşirin həyatı ilə bağlı geniş məruzə edən millət vəkili Q.Paşayeva erməni terror təşkilatlarının onu hədəfə alması, qətlə yetirməsi, qatilin ədalət qarşısında cavab vermədən qaçırılmasından danışaraq gənclərimiz bu tarixi yaxşı bilməlidirlər deyib: "Behbud Xan Cavanşiri qətlə yetirənin kimlər tərəfindən müdafiə edilməsi, necə qaçırılması kimi tarixi faktlar qondarma erməni soyqırımı yalanlarının ifşası üçün  də ciddi faktlardır. Biz bu məsələni, onunla bağlı həmin dövrdə yazılmış kitabı müxtəlif xarici dillərə çevirib dünyada yaymalıyıq ki hər kəs görsün kimlər kimlərə qarşı terrorlar, soyqırımlar həyata keçirib.  Eyni zamanda bununla bağlı dünya səviyyəsinə çıxara biləcəyimiz bir filmin çəkilməsi də çox vacibdir. Biz ilk öncə böyüyən gənc nəsillərimizə, sonra da bütün dünyaya bu gerçəklikləri daha geniş yaymalıyıq, bu bizim borcumuzdur. Behbud Xan Cavanşirin ruhu o zaman sakitlik tapacaq ki onu qətlə yetirənlər, qətlə yetirəni müdafiə edib cəza almaqdan qaçıranlar ədalət qarşısında cavab verməsələrə də tarix qarşısında cavab versinlər. Biz buna nail olmalıyıq".

 Tədbirin sonunda millət vəkili gələn il bütün müsəlman şərqində qurulan ilk cumhuriyyət olan Azərbaycan Xalq Cumhuryyətinin 100 illik yubileyinin gəldiyini deyərək hər ay cumhuriyyətin qurulmasında böyük işlər görmüş bir böyük aydınla bağlı tədbirlərin keçirilməsini təklif edib. Təklif İstanbul Türk Ocakları tərəfindən dəstəklənib.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 368

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...