TƏDQİQATLAR
A- A A+

Quzanlıda Ağdam şəhərindəki məşhur çay evinin bənzəri tikilib

2015-05-16 13:00:24

Rayon ictimaiyyətinin iştirakı ilə mərasim keçirilib.

Vaxtilə Ağdam şəhərinin mərkəzində ucaldılan və rayonun memarlıq nümunələrindən hesab edilən, 1993-cü ildə isə ermənilər tərəfindn yandırılaraq məhv edilən çay evinin bənzəri Quzanlı qəsəbəsində inşa edilərək istifadəyə verilib.

Bu münasibətlə rayon ictimaiyyətinin iştirakı ilə mərasim keçirilib. Çıxış edənlər son illərdə rayonda aparılan tikinti-quruculuq işlərindən, həyata keçirilən layihələrdən danışıblar. Bildirilib ki, bu il Quzanlı qəsəbəsində avtovağzal kompleksi və mini futbol meydançası istifadəyə verilib, Heydər Əliyev prospektinin Ağcabədi rayonu istiqamətində geniş tikinti-abadlıq işləri aparılıb. Hazırda Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsi və 360 şagird yerlik litseyin binalarının, Xındırıstan kənd uşaq musiqi məktəbimnin, Evoğlu kəndində 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.

Bildirilib ki, 1986-cı ildə akademik Xudu Məmmədovun ideyası ilə inşa edilən və Ağdamın simvoluna çevrilən məşhur çay evinin bənzərinin bu gün Quzanlıda tikilməsinin ağdamlılar üçün xüsusi əhəmiyyəti var. Əminliklə bildirilib ki, düşmən tapdağında olan torpaqlarımız Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək və məşhur çay evi Ağdam şəhərində yenidən ucaldılacaq.

Rəmzi lent kəsildikdən sonra iştirakçılar çay evi ilə tanış olublar. Yeni yaradılan parkda inşa edilən Çay evi ağdamlıların ən sevimli istirahət guşələrindən birinə çevriləcəkdir.

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1067

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...