SOSİAL
A- A A+

Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycan reallıqlarından söhbət açılıb

2017-03-22 12:40:46

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu ölkənin “Radio Courtoisie” radiosunun qonağı olub

Səfir Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun tarixindən danışaraq, onun ölkəmizin əzəli torpağı olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən E.Əmirbəyov bu regionunun və onun ətrafında 7 rayonun erməni silahlı qüvvələrinin işğalı altında olmasını, münaqişə nəticəsində bir milyon Azərbaycanlının doğma yurdundan didərgin düşməsini diqqətə çatdırıb. Bildirib ki, 613 mülki şəxsin – qadınların, uşaqların və qocaların qətlə yetirildiyi Xocalı soyqırımı bu münaqişənin ən qanlı səhifəsi olub. Ermənistanın prezidenti Serj Sarkisyanın Xocalı genosidində birbaşa əli var və o, qərb jurnalistlərinə müsahibəsi zamanı bunu etiraf edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərsiz çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistan 24 ildir bu qətnamələrə riayət etmir.

Səfir status kvonun qəbuledilməz olduğunu və bunun münaqişənin həlli həvalə edilmiş Minsk qrupunun üç həmsədr ölkəsinin prezidentləri tərəfindən də səsləndirildiyini vurğulayıb. Qeyd edib ki, Fransa Prezidenti Fransua Olland danışıqlar prosesini təşviq etmək məqsədi ilə prezidentlərin görüşünü təşkil edib, ancaq bu görüşdən bir həftə sonra ölkəmizin işğal altında olan torpaqlarında hərbi təlimlərə başlayan erməni tərəfi status-kvonun dəyişməsinə, münaqişənin sülh yolu ilə həllinə hər vəchlə mane olmağa çalışır. Status-kvonun dəyişməsi üçün həmsədr ölkələrin Ermənistana təzyiq göstərməsi vacibdir.

Ölkəmizin münaqişənin danışıqlar vasitəsilə, sülh yolu ilə həllində maraqlı olduğunu bildirən səfir deyib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Keçən ilin aprelində erməni silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdiyi təxribat zamanı 8 azərbaycanlı mülki şəxs qətlə yetirilib və silahlı qüvvələrimiz 2000 hektar torpağımızı erməni işğalından azad edib.

Verilişin gedişində dinləyicilərin erməni genosidinin tanınması ilə bağlı sualına cavab olaraq, diplomat bildirib ki, bu genosid BMT tərəfindən tanınmayıb. Soyqırımı qətlə yetirilənlərin sayı ilə müəyyənləşmir, o, insanların məqsədli şəkildə, etnik mənsubiyyətinə görə qətlə yetirilməsidir. Xocalıda insanlar məhz azərbaycanlı olduqlarına görə öldürülüb.

E.Əmirbəyov Azərbaycan Prezidenti İlham Əliyevin martın 14-də Fransaya, eləcə də Fransa prezidentlərinin ölkəmizə rəsmi səfərlərindən söz açıb. Eyni zamanda, ölkəmizin tarixindən danışaraq, onun sivilizasiyaların kəsişməsində, qədim İpək Yolunun üzərində yerləşdiyini, 1918-ci ildə ölkəmizdə qadınlara səsvermə hüququ verildiyini bildirib. Qeyd edib ki, Azərbaycan dinlər və mədəniyyətlərarası dialoq platformasına çevrilib. Azərbaycanda dini tolerantlıq hökm sürür, müxtəlif dinlərin nümayəndələrinin birgə mehriban ailə kimi yaşayırlar. Roma Papasının ölkəmizə səfərindən söz açan səfir Azərbaycanın dünyəvi ölkə olduğunu vurğulayıb.

Proqramda ölkəmizdə həyata keçirilən islahatlardan, iqtisadiyyatın, eləcə də enerji daşıyıcılarının diversifikasiyasından, turizmin, aqrar sektorun inkişafından danışılıb. “Alov Qüllələri”ndən, Qız Qalasından, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən İçərişəhərdən, Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan Novruz bayramı ənənələrindən bəhs olunub.

Səfir Azərbaycan –Fransa əlaqələrinə toxunaraq, Bakıda fəaliyyət göstərən Fransız liseyi və universiteti, eləcə də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi haqqında məlumat verib.

 Radio dinləyicilərinin suallarını cavablandıran diplomat Azərbaycan reallıqlarının Fransa ictimaiyyətinə çatdırılmasında köməyi olan hər bir fransalıya, xüsusilə Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan –Fransua Manselə təşəkkür edib. (AZƏRTAC)


Kateqoriya : SOSİAL Baxış sayı : 428

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...