CƏMİYYƏT
A- A A+

Əli Həsənov: "Azərbaycan BMT-də islahatların aparılması ideyasını dəstəkləyir"

2017-03-17 09:30:05

“Başda BMT olmaqla, dünya siyasətində aparıcı mövqe tutan qurumların beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyi ilə bağlı yeni yanaşmalar ortaya çıxır”

 

Məlumata görə, bu barədə V Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?" mövzusunda paneldə çıxışı zamanı Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Ə. Həsənovun sözlərinə görə, BMT-nin əksər halda qəbul etdiyi qətnamə və qərarların imperativ xarakter daşımaması, dünyanın müxtəlif regionlarında münaqişələrin alovlanmasına səbəb olan təcavüzkar dövlətlərin cəzalandırılmasına ikili standartlar mövqeyindən yanaşması təəssüf doğurur: "Bu gün hamıya aydındır ki, bəzi Qərb dövlətlərinin təsiri altında BMT qəbul etdiyi qətnamə və qərarların yerinə yetirilməsinə eyni münasibəti göstərmir ki, bu da onun nüfuzuna ciddi zərbə vurur. Həmin sənədlərin icra mexanizmlərinin siyasiləşməsi nəticəsində Cənubi Qafqazda, Şərqi Avropada, Afrikanın bir sıra bölgəsində, Uzaq Şərqdə münaqişədən əziyyət çəkən dövlətlərin BMT-yə olan inamı getdikcə azalır". 

O qeyd edib ki, dövlətlərin daxili işlərinə qarışmayan, yalnız beynəlxalq hüquqi norma və prinsiplərindən çıxış edən Azərbaycan dünyanın müxtəlif ölkələrində mövcud olan münaqişələrin aradan qaldırılması üçün BMT-nin qəbul etdiyi qətnamələri və onların  tez bir vaxtda yerinə yetirilməsini dəstəkləyir: "Lakin BMT vaxtilə İraqın dərhal cəzalandırılmasına rəvac verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin də təxirə salınmadan yerinə yetirilməsi üçün prinsipial mövqe nümayiş etdirmir. Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə dərhal icra olunduğu halda, BMT-nin Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi dörd qətnamə 20 ildən artıqdır, yerinə yetirilmir. Baxmayaraq ki, BMT-nin bu qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı bir daha vurğulanıb, hərbi əməliyyatlara son qoyulması və Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması tələbləri irəli sürülüb. Bütün bunların nəticəsidir ki, hazırda BMT-nin ikili standartlardan kənar, müstəqil bir qurum kimi fəaliyyət göstərməsi üçün təşkilatda ciddi islahatların aparılması, onun yenidən strukturlaşması və fəaliyyət strategiyasında köklü dəyişikliklərin edilməsi zərurəti ortaya çıxıb". 

Ə. Həsənov vurğulayıb ki, XXI əsrin başlanğıcında Minilliyin Bəyannaməsinin qəbul edilməsindən sonra BMT-də islahatların aparılması məsələsi daha aktuallaşıb. 

O, Azərbaycanın da dünyanın bütün regionlarında münaqişələrin aradan qaldırılması, sülhün və sabitliyin etibarlı şəkildə təmin olunması üçün BMT-də islahatların aparılması ideyasını dəstəklədiyini nəzərə çatdırıb. 

Ə. Həsənov müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların yaranmasının zəruriliyi məsələsi ilə bağlı dünya birliyində  müxtəlif yanaşmaların özünü göstərdiyini də bildirib. O deyib ki, SSRİ-nin dağılması ilə NATO dünyanın yeni geosiyasi mənzərəsini müəyyənləşdirməyə çalışan əsas hərbi-siyasi güc mərkəzinə çevrilib: "Beynəlxalq münasibətlərdə “birqütblülük” yarandı ki, bu da dünya nizamında yeni oyun qaydalarının əmələ gəlməsinə səbəb oldu. Lakin son 25 ilin təcrübəsi göstərir ki, “birqütblü” sistem və “yeni dünya nizamı” konsepsiyası bütün dövlətlər tərəfindən birmənalı şəkildə qarşılanmır. “Çoxqütblülüyün” aradan qalxmasına baxmayaraq, yenidən onun bərpa edilməsində maraqlı olan dövlətlər var və onlar müxtəlif hərbi-siyasi ittifaqların yaranmasında maraqlıdır". 

Ə. Həsənov qeyd edib ki, Azərbaycanın 2011-ci ildə üzv olduğu Qoşulmama Hərəkatı isə  dünya nizamının yeni arxitekturasının bərabərhüquqlu tərəfdaşlıq üzərində qurulmasını istəyir: "Hesab edirik ki, bu gün beynəlxalq hüquq və güc arasında balansın tapılması dünyanın xilasıdır". (apa)

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 291

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...