SOSİAL
A- A A+

Sağlam qidalanmaya dair müzakirələr təşkil olunub

2017-03-17 08:10:28

.

Azərbaycan Tibb Universitetində (ATU) həkim-diyetoloqların və Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə əhali arasında sağlam qidalanma davranışlarının aşılanmasına həsr olunmuş dəyirmi masa keçirilib.

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbir “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya əsasən təşkil olunub.

ATU-nun Tədris Terapevtik Klinikasında keçirilən toplantıda universitetin Tibbi profilaktika fakültəsinin dekanı Anar Ağayev çıxış edərək bu sahədə ölkəmizdə irəliləyişlərə nail olunduğunu diqqətə çatdırıb.

Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov çıxışında bu strategiya ilə bağlı Prezidentin sərəncamını da xatırladıb. Bildirib ki, qeyri-infeksion xəstəliklərin meydana gəlməsində qeyri-düzgün həyat tərzi, sağlam qidanlanmamaq və s. kimi vacib faktorlar dayanır. Bu xəstəliyə düçar olan orqanizm praktik olaraq müalicə olunsa da, tam sağalma halı müşahidə edilmir.

Həmin kafedranın professoru Maqsud Səfərov qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair strategiyanın əhəmiyyətindən danışıb və burada 4 əsas patalogiyanın olduğunu vurğulayıb. Bildirib ki, bura ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki abstruktiv xəstəliklər və şəkərli diabet daxildir.

M. Səfərov onu da qeyd edib ki, bu gün dünyada bu xəstəlikdən dünyasını dəyişənlərin sayı artmaqdadır. “Dünya üzrə 6 milyon insan tütündən dünyasını dəyişirsə, bunun 3.3 milyonu qeyri-infeksion xəstəliklərlə bağlıdır. Çünki, tütün və spritli içki dünyada ölümün əsas səbəblərindən biridir”.

Daha sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov çıxış edib. O, qeyri-infeksion xəstəliklərin yayılmasında düzgün qidalanmamaq, immunitetin zəifliyi, qeyri-sağlam həyat şəraiti kimi amillərin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbirdə uşaq və yeniyetmələr və əmək gigiyenası kafedrasının müdiri Şəhla Balayeva, propedevtika və pediatriya kafedrasının müdiri Əlihüseyn Hidayətov, I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri İsfəndiyar İsmayılov, II daxili xəstəliklər kafedrasının müdiri Vəsadət Əzizov, ictimai sağlamlıq kafedrasının assistenti Kamran Babayev iştirak ediblər.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət planının 9.2-ci bəndinə əsasən qeyri-infeksion xəstəliklərin risk faktorlarının (tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik) azaldılması üçün səmərəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə tədbirlər sırasında sağlam qidalanma, sağlam həyat tərzi, trans-yağlar əvəzinə çoxdoymamış yağ turşularından istifadənin təşviqi ilə bağlı fəaliyyətlər daxildir.

Toplantıda adını çəkdiyimiz mövzular üzrə müzakirələr aparılıb.

Fact-info.az

 

 

 

 

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 917

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...