MƏDƏNİ
A- A A+

Litvalı müəlliflərin “Qara Bağın Faciəsi” kitabı təqdim olunub

2017-03-16 22:00:55

.

Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin və Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə litvalı müəlliflər- tarixçi Alqimantas Liyekisin "Millətlərin Qafqazda köçü 20-ci əsr" (litva və rus dillərində) və jurnalist Qintaras Visotskasın "Qara Bağın Faciəsi" (litva dilində) kitablarının təqdimat mərasimi keçirilib. 

AMEA İctimai Elmlər Bölməsinin rəhbəri, AMEA-nın müxbir üzvü Nərgiz Axundova təqdimatın elmi ictimaiyyət üçün vacib gün olduğunu bildirib. Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasına çalışan xalq olaraq bu istiqamətdə ciddi uğurlar əldə etdiyimizi, lakin bu çalışmaların daha da genişləndirilməsi gərəkdiyini deyib. Xarici müəlliflərin bu mövzuya müraciət etməsinin təqdirəlayiq hal olmasını xüsusi vurğulayıb. 

 Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Kamran Nəbizadə Azərbaycan tarixi, xüsusən Dağlıq Qarabağ ilə əcnəbi müəlliflərin, tarixçilərin, jurnalistlərin maraqlanmasının önəminə diqqət çəkib. Kitabların ərsəyə gəlməsinin Azərbaycan xalqı üçün önəmli məsələ olduğunu, tarixi faktların sistemli, lakonik şəkildə, sadə dillə yazıldığını söyləyib.

"Millətlərin Qafqazda köçü 20-ci əsr" əsərinin müəllifi, professor, humanitar elmlər doktoru Alqimantas Lekis Azərbaycan tarixinin litvalılar üçün çox böyük əhəmiyyət kəsb etdiyini, xalqlarımızın başına gələn müsibətlərin eyni olduğunu deyərək, oxşar tarixi məqamlardan bəhs edib. Böyük Vətən müharibəsi illərində Azərbaycan partizanları ilə litvalı partizanların faşizmə qarşı birgə mübarizəsi haqqında danışıb. Litvanın keçmişindən bəhs edərək tarixi dostluq bağlarımızı vurğulayıb. Müəllif Azərbaycanda 1990-cı ildə baş vermiş 20 Yanvar hadisələrinin litvalılar üçün də tanış olduğunu, bənzər qırğınların Litvada da həyata keçirildiyini xatırladıb. Litvanın da Azərbaycan kimi qonşularının ərazi iddiaları ilə qarşılaşdığını söyləyib.

“Qara Bağın Faciəsi" əsərinin müəllifi, litvalı jurnalisti, www.slaptai.lt internet-portalın redaktoru Qintaras Visotskas - Azərbaycan tarixinin Litva tarixi ilə bənzərliklərinə diqqət çəkib. Litvanın Azərbaycandan öyrənməsi gərəkdiyi bir çox məqamın olduğunu, litvalılar tərəfindən Azərbaycanın daha dərdindən tədqiq edilib öyrənilməsini vurğulayıb. Litvanın da Azərbaycan kimi kiçik ölkə olmaqla yanaşı, tarixi ədalətsizliklərə məruz qalmasını deyərək bu sırada Dağlıq Qarabağ problemini xüsusi qeyd edib. Litvalıların erməni terror təşkilatlarının türk diplomatlarını qətlə yetiriməsi barədə məlumatlı olduqlarını söyləyib. Çıxışçı öz növbəsində qısa zamanda Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına ümid etdiyini deyib.

 Tarix üzrə elmlər doktoru İradə Bağırova kitablarla tanış olduqdan sonra müəlliflərin tarixi gerçəklikləri sübutlarla oxuculara təqdim etdiyini deyib. O, kitabların əhəmiyyətinin böyük olduğunu vurğulayıb, onların Azərbaycan ictimaiyyəti tərəfindən maraqla qarşılanacağına əminliyini dilə gətirib.

 Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev qısa tarixi arayış verərək, Azərbaycan-erməni münasibətlərinin istər elmi ədəbiyyatda, istərsə də tarixi sferada dünyanın ən problemli münasibətlərindən biri hesab edildiyini deyib. Litvalı müəlliflərin kitabında münaqişə səbəblərinin tarixi faklara dayanmasının, xüsusilə "Millətlərin Qafqazda köçü 20-ci əsr" kitabının oxucuya bugünkü Qarabağ probleminin tarixi köklərini və erməni saxtakarlığını ortaya qoyduğunu deyib.

Tarix üzrə elmlər doktoru Sevinc Əliyeva Litvanın dövlət olaraq Qarabağ probleminin həlli məsələsində həmişə Azərbaycanı dəstəklədiyini, hətta 20 fevral 2017-ci ildə Dağlıq Qarabağda keçirilən dırnaqarası referendumu qəbul etmədiklərini və Azərbaycanın maraqlarını qoruduqlarını dilə gətirib.

 AMEA Tarix İnistitutunun direktor müavini Cəbi Bəhrəmov həm Azərbaycanın, həm də Litvanın məruz qaldığı tarixi ədalətsizlikdən, münaqişələrin kökündə duran qaranlıq məqamlardan danışıb.

 AMEA Fəlsəfə İnistitutunun şöbə müdiri Rəfiqə Əzimova son 20-25 ilin Azərbaycan tarixindəki ən ağrılı illər olduğunu, bu qəbildən olan kitabların, xüsusilə xarici müəlliflərin bu mövzulara müraciət etməsinin təkcə elmə deyil, bütün dünyanın sabitliyinə xidmət etdiyini vurğulayıb.

 Azərbaycanda olmaqlarından məmnunluq duyduqlarını dilə gətirən qonaqlar, sonda Mərkəzi Elmi Kitabxananın fəaliyyət imkanları ilə tanış olublar. 

   

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 262

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...