QHT və MEDİA
A- A A+

Əcnəbi media Azərbaycanla bağlı məqalə yayıb

2017-03-15 08:40:30

.

Fransanın www.mediapart.fr saytı Azərbaycan-Fransa münasibətlərindən bəhs edən məqalə yayıb. Sayt Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin fikirlərinə geniş yer verib.

 Prezident İlham Əliyevin martın 13-14-də Fransaya rəsmi səfərinə toxunan Jan-Fransua Mansel bildirir ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Ötən illər ərzində Fransa-Azərbaycan münasibətləri davamlı şəkildə inkişaf edib. Azərbaycan Fransanın Cənubi Qafqazda əsas tərəfdaşı olaraq qalır. Hazırda Azərbaycanda 70-ə yaxın fransız şirkəti fəaliyyət göstərir.

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən J.F. Mansel vurğulayır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu işğal edib. Bu silahlı təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurd-yuvasından didərgin düşüb, bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımı törədilib. Bu qətliamın törədilməsində Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın birbaşa əli olub.

 Azərbaycanın Dostları Assosiasiyasının prezidenti ölkəmizdə demokratik mühitin mövcud olduğunu bildirərək yazır: “Azərbaycanda seçki yolu ilə qanuni hakimiyyət qurulub, 1918-ci ildə qadınlara seçki hüququ verilib, 1998-ci ildə ölkədə ölüm hökmü ləğv olunub, müxtəlif dinlərin və millətlərin nümayəndələri burada sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar”.(AZƏRTAC)

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 494

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

2018-09-20 21:35:13

CƏMİYYƏT
Hacıbəylilər qardaşları və Azərbaycan mu...
Hacıbəylilər qardaşları və Azərbaycan mu...

XX əsr musiqi mədəniyyətimizə bir neçə şəxsiyyətlər bəxş etdi. Xoşbəxtlikdən ...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...