SOSİAL
A- A A+

Avropada Şuşa tədbirlərinə start verilir

2015-05-16 09:25:06

“Şuşa mədəni irsinə beynəlxalq dəstək” koalisiyası təsis olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) təşkilatçılığı ilə baş tutan “ŞUŞAYA AZADLIQ” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı toplantısının yekununda 29 xarici tərəfdaş QHT və Azərbaycan vətəndaş cəmiyyəti institutlarının daxil olduğu “Şuşa mədəni irsinə beynəlxalq dəstək” koalisiyası təsis olunub.

Koalisiyanın əsasnaməsi qəbul olunub və buraya qoşulan bütün iştirakçı təşkilatlar tərəfindən sənəd imzalanıb. Koalisiyanın icraçı katibliyi Azərbaycan tərəfinə – ADTGT-yə həvalə edilib və təşkilatın sədri Asif Əsgərli qurulan bu yeni beynəlxalq əməkdaşlıq şəbəkəsinin 2 il müddətinə rəhbəri (icraçı katibi) seçilib. 

 Koalisiyanın hər bir ölkədən bir milli koordinatoru olmaqla Koordinasiya Şurası da müəyyənləşib. İldə 1 dəfə olmaqla koalisiyanın ümumi yığıncağı keçiriləcək. Koalisiya öz fəaliyyət istiqamətlərini müəyyən edib. Yaxın vaxtlarda tərəfdaş ölkələrdə “Şuşaya Azadlıq” beynəlxalq kampaniyası çərçivəsində konkret hansı layihə və proqramların həyata keçirilməsi ilə bağlı təkliflər paketi hazırlanıb Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edəcək. 

 Artıq Bosniya və Herseqovina, Ukrayna, İspaniya, Türkiyə və Bolqarıstanda koalisiya tərəfindən "Şuşaya Azadlıq" beynəlxalq kampaniyası çərçivəsində konfrans, sərgi, müsabiqə, festival, təlim və sosial reklam xarakterli layihələrin həyata keçirilməsi qərara alınıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 1549

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...