MƏDƏNİ
A- A A+

“Arşın mal alan-100” adlı kitab-kataloqun təqdimatı

2017-03-11 13:50:53

.

Üzeyir Hacıbəylinin ev-muzeyində muzeyin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Arşın mal alan-100” adlı kitab-kataloqun təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək “Arşın mal alan” operettasının 100 illik tarixini əks etdirən bu kataloqun bütövlükdə musiqisevərlər, xüsusilə Üzeyir Hacıbəyli yaradıcılığı ilə maraqlananlar üçün nəzərdə tutulduğunu vurğulayıb.

Bildirilib ki, kitabda ölməz əsərin yazılması ilə bağlı Ü.Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və s. materiallar toplanıb. Əsasən Ü.Hacıbəylinin ev-muzeyinin fondunda qorunub saxlanılan materiallardan istifadə olunub.

O, “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapdan çıxan 3 yarımbaşlıq şəklində tərtib olunan kitabın oxucuda əsərin 100 illik tarixi barədə geniş təsəvvür yaradacağını vurğulayıb.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə, Əməkdar İncəsənət xadimləri Zemfira Qafarova, İmruz Əfəndiyeva, Hafiz Quliyev və başqaları Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Üzeyir Hacıbəylinin milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olduğunu söyləyiblər. Vurğulanıb ki, onun hər bir əsəri musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb.

Tədbir bəstəkarın əsərlərinin səslənməsi və rəngarəng musiqi nömrələrinin ifası ilə davam edib.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 804

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-08 16:35:41

CƏMİYYƏT
Bayrağımız - milli qürur mənbəyimiz...
Bayrağımız - milli qürur mənbəyimiz...

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...