CƏMİYYƏT
A- A A+

Xocalı həqiqətləri İtaliya mətbuatının gündəmində

2017-03-07 09:50:34

İtaliya mətbuatı Xocalı soyqırımının 25-ci ildönümünün anılması ilə bağlı mövzuya geniş diqqət ayırıb

Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, kütləvi informasiya vasitələrində İtaliyanın  müxtəlif şəhərlərində Xocalı soyqırımının 25-ci ildönümünün anılması ilə bağlı təşkil olunmuş tədbirlər barədə çoxsaylı xəbər, reportaj və məqalələr yer alıb.
Bu xüsusda, Romada təqdim olunmuş “10 hekayə. Bunlar həqiqət ola bilərdi” ədəbi-musiqili tamaşa barədə veriliş və reportajlar “AB Channel - Sky 835” və “Retesole TG Lazio” televiziya kanallarında nümayiş olunub. Habelə bu tamaşa barədə “Agenpress”, “Radio Colonna”, “Piu Culture”, “Andradelab”, “Dazebaonews”, “Il Primato Nazionale”, “Maddaloneinews”, “Caserta Prima Pagina”, “Otto Pagine”, “Caserta Zon”, “Opinione Pubblica”, “Daily Cases”, “Radio Artista”, “Eurasia News” kimi xəbər portallarında məlumatlar dərc olunub.
Neapol şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir barədə “Canale 21” televiziya kanalında, “Terre di Campagna”, “Daily Cases”, “Il Denaro”, “Efetto Napoli” kimi xəbər protallarında məlumatlar yayımlanıb. Sicilyanın Kataniya şəhərində keçirilmiş tədbir isə “Globus Television” televiziya kanalının diqqətində olub.
Bununla yanaşı, Azərbaycan İtaliyadakı səfiri Məmməd Əhmədzadə “Agenparl” xəbər agentliyinə və “Globus Television” televiziyasına müsahibələr verib, Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın məqaləsi “Daily Cases”, "Caratteri Liberi" və “Andradeleb” kimi informasiya portallarında, italyan jurnalistlər Domeniko Letizia, Romolo Martelloni və tədqiqatçı Daniel Pommierin məqalələri isə müvafiq olaraq “Opinione” qəzetində, “Notizie Geopolitiche” və “Media Periscope” portallarında dərc olunub.

 

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 323

QHT və MEDİA

2018-02-20 08:00:59

QHT və MEDİA
“Jerusalem Post”: Azərbaycanın Qaradağlı...
“Jerusalem Post”: Azərbaycanın Qaradağlı...

Müəllif məqalədə Holokostun yəhudi xalqının yaddaşında yaşayan dəhşətli və dö...

2018-02-19 09:05:40

QHT və MEDİA
Azərbaycanın “Global Village” beynəlxalq...
Azərbaycanın “Global Village” beynəlxalq...

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Dubayda h...

CƏMİYYƏT

2018-02-20 08:25:22

CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dos...

2018-02-19 10:15:59

CƏMİYYƏT
Pakistanın “National Herald Tribune” qəz...
Pakistanın “National Herald Tribune” qəz...

Məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 adamın, o cü...

İQTİSADİ

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...